24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Quran və Peyğəmbərlərin (ə) nəzərində ağlamaq icazəli yerləri
19.12.2017

1. Quran ağlamağı dəstəkləyir

Bidətin mənalarında olan məsələləri nəzərə alsaq, ağlamaq barəsində Quranda ağlamağın mədh və ya məzəmmət olunmasını müəyyən etmək üçün Quranda olan sənədlərə işarə edirik.

Ağlayan gözlərə işarə edən ayələr:

فَلْيَضْحَكُوا قَلِيلا وَلْيَبْكُوا كَثِيراً جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ

Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar]. (ət-Tövbə, 82)

Allah-Təala yuxarıdakı ayədə elə bir işə əmr edir ki, əgər Özü o işə razı olmasaydı, ona əmr etməzdi. Allah-Təala Öz peyğəmbərlərini belə mədh edir:

إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَنِ خَرُّوا سُجَّداً وَبُكِيّاً

Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər. (Məryəm, 58)

Allah-Təala elm verdiyi kəslərin sifətlərini belə bəyan edir:

وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعاً

Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır. (əl-İsra, 109)

Allah-Təala Quran nazil olan zaman möminləri belə vəsf edir:

وَإِذَا سَمِعُواْ مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ

Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. (əl-Maidə, 83)

Deyildiyi kimi, Qurani-Kərimdə ağlamaq, göz yaşı tökmək müsbət istiqamətdə ruhi dəyişikliyin nəticəsi olaraq məzəmmət olunmamış, əksinə, Allah tərəfindən tərifə layiq bir əməl hesab olunmuşdur. Çünki ağlamaq bəşərin fitri meyllərindən və insan şəxsiyyətinin bir hissəsindən hesab olunur.

2. Peyğəmbərlərin sirəsində ağlamaq

İmam Hüseynə (a) ağlamaq mövzusunda böyük ilahi peyğəmbərlərin əməli sirəsinə iqtida etmək, bunun əql və nəql baxımından məşru olmasını bilmək mühüm ünsürlərdəndir. Çünki peyğəmbərlərin əməli sirəsi bizim əməllərimizin din baxımından məşru olmasına ən yaxşı şahiddir. Necə ki, Allah-Təala onların üslubuna tabe olmağı bizə əmr edir:

قَدْ كَانَتْ لَكُمْ أُسْوَهٌ حَسَنَهٌ فِي إِبْرَهِيمَ.

Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. (Mumtəhinə, 4)

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرً

Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır. (Əhzab, 21)

Müxtəlif hadisələrlə üzləşən zaman peyğəmbərlərin ruhi təəssüratları ilə bağlı yaşayışlarından müəyyən hissələri nəql etməklə bizə qaneedici cavaba yetişməkdə kömək edə bilir. İndi onlardan bəzilərinə işarə edirik:

a) Övladının ayrılığına Yəqub peyğəmbərin (ə) ağlaması

Həzrət Yusifin (ə) macərası əvvəldən sonadək qorxunc və təsiredici bir faciə kimi nəql olunub. Həsəd atəşi Həzrət Yusifin (a) qardaşlarının ürəyində coşub-daşırdı və bu həsəd qardaşları Həzrəti (ə) yox etmək qərarına gətirir. Belə ki, Həzrəti (ə) quyunun dibinə atır, onun köynəyini parça-parça edərək qana bulayırlar. Atalarına da qardaşlarını canavarın yediyini xəbər verirlər. Bu xəbərdən sonra Həzrət Yəqub (ə) sonsuz qəm-qüssə keçirərək övladının əlindən çıxması ilə əlaqədar gecə-gündüz ağlayırdı. Allah-Təala bu macəranı Həzrət Yəqubun (ə) dilindən belə buyurur:

وَقَالَ يَأَسَفَي‏ عَلَي‏ يُوسُفَ وَابْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ

Dedi: "Heyif Yusufdan!" Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu. (Yusif, 84)
Həzrət Yəqub (ə) övladının diri olduğunu və yenidən onu ağuşuna alacağını bilə-bilə bu ayrılığa ağlayır. Həzrət (ə) bu ruhi çətinliyinə təskinlik tapmaq üçün pənahgah axtarır və buyurur:

قَالَ إِنَّمَآ أَشْكُواْ بَثِّي وَحُزْنِي إِلَي اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَاتَعْلَمُونَ

Dedi: "Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm. (Yusif, 86)

Görəsən, bu iki ilahi peyğəmbərin (ə) təsirli cümlələrlə yaşayış macərasının həsəd aparanların daxili duyğularını oyatmaqdan başqa bir məqsədi varmı?

Bu ilahi dəlildən övliyalara ağlamağın və zalımlardan, onların pis əməllərindən Allaha şikayət etməyin caiz olması nəticəsi alınır. Bu da ilahi peyğəmbərlərdən birinin sirəsi kimi müsibətlərə əzadarlıq etməyin məşru olmasına qəti bir dəlildir.

Digər tərəfdən də təfsir kitablarında çoxsaylı hədislərdən biri Həzrət Yəqubun (ə) qəm-qüssəsinin bir hissəsini şərh etməsi alimlərin peyğəmbərlər və övliyaların bu acınacaqlı yaşayışlarının sərgüzəştlərindən istifadə etmələrinə başqa bir dəlildir. Nümunə olaraq əhli-sünnə mənbələrindən bir neçə rəvayətə işarə edirik:

Zəməxşəri bu ayənin təfsirində özünün «əl-Kəşşaf» kitabında yazır:

ما جفت عيناه من وقت فراق يوسف إلى حين لقائه ثمانين عاما، وما على وجه الأرض أكرم على الله منه.

Həzrət Yəqubun (ə) Həzrət Yusifin (ə) ayrılığından onunla görüşənədək ağlamaqdan gözlərinin yaşı qurudu. Bu müddət 80 il davam etdi. Allah yanında yer üzündə bu işdən dəyərli bir iş yox idi.

Zəməxşəri, əl-Kəşşaf, c. 2, s. 339

Bu təfsirdə Peyğəmbərdən (s) belə bir rəvayət də nəql olunmuşdur:

أنه سئل جبرئيل عليه السلام: ما بلغ من وجد يعقوب على يوسف؟ قال: وجد سبعين ثكلى. قال: فما كان له من الأجر؟ قال: أجر مائه شهيد، وما ساء ظنه بالله ساعه قط.

Peyğəmbər (s) Cəbrayıldan (ə) soruşdu: "Yusifin (ə) ayrılığı səbəbinə Yəqubun (ə) başına nələr gəldi?" Cəbrayıl (ə) ərz etdi: "70 qadının balasının yasında oturmasının savabı qədər onun başına iş gəldi". Həzrət (s) soruşdu: "Həzrət Yəqubun (ə) bu səbrinə görə mükafatı nə qədərdir?" Cəbrayıl (ə) ərz etdi: "Yüz şəhidin savabı qədər. Bu, belə bir halda idi ki, Həzrət Yəqub (ə) heç vaxt Allaha qarşı sui-zənn etmədi.

Zəməxşəri, əl-Kəşşaf, c. 2, s. 339

Əs-Süyuti İbn Cərirdən, o da İkrimədən nəqlən belə yazır:

أتي جبرئيل ‏عليه السلام‌ يوسف‏ عليه السلام‌ وهو في السجن، فسلّم عليه، فقال له يوسف: أيّها الملك الكريم علي ربّه، الطيّب ريحه، الطاهر ثيابه، هل لك علمٌ بيعقوب؟ قال: نعم، ما أشدّ حزنه؟ قال: ما ذا له من الأجر؟ قال: أجر سبعين ثكلي، قال: أفتراني لاقيه؟ قال: نعم، فطابت نفس يوسف.

Cəbrayıl (ə) Həzrət Yusif (ə) zindanda olarkən onun yanına gəlib salam verdi. Yusif (ə) ondan soruşdu: "Ey Allahın yanında hörmətli olan mələk, iyin gözəl, paltarın da təmizdir, Yəqubdan (ə) xəbər gətirmisən?" Cəbrayıl (ə) ərz etdi: "Bəli, o, çox ağır qəm-qüssəyə qərq olub". Yusif (ə) soruşdu: "Bunun mükafatı nə qədərdir?" Cəbrayıl (ə) ərz etdi: "70 qadının balasının yasında oturmasının savabı qədər onun savabı vardır". Həzrət (ə) soruşdu: "Mən onunla görüşə biləcəyəm?" Cəbrayıl (ə) ərz etdi: "Bəli". Yusif (ə) bu sözü eşitməklə aram oldu.

Cəlal əd-Din əs-Süyuti, əd-Durr əl-mənsur, c. 4, s. 31

Əs-Süyuti belə yazır:

بكي يعقوب علي يوسف ثمانين عاماً، حتّي ابيضّت عينا من الحزن...

Yəqub (ə) Yusif (ə) üçün qəm-qüssədən gözləri ağaranadək 80 il ağladı.

Cəlal əd-Din əs-Süyuti, əd-Durr əl-mənsur, c. 4, s. 31; Təfsir ət-Təbəri, c. 1, s. 250

b) Yusifin (ə) ağlaması

Nəinki Həzrət Yəqub (ə) bu ayrılığa göz yaşı tökürdü, Həzrət Yusif (ə) də bu ayrılığa yanırdı. İbn Abbasın belə dediyi nəql olunur:

عند ما دخل السجن، يبكي حتّي تبكي معه جدر البيوت وسقفها والأبواب.

Həzrət Yusif (ə) zindana düşəndə elə ağlayırdı ki, zindanın qapıları, divarları, hətta tavanı belə onunla birgə ağlayırdı.

Təfsir əl-Qurtubi, c. 9, s. 88

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə isə belə deyilir:

البكّائون خمسه، آدم، و يعقوب و... و أمّا يوسف فبكي علي يعقوب حتّي تأذّي به أهل السجن، وقالوا: إمّا أن تبكي نهاراً وتسكت الليل، وإمّا أن تبكي الليل وتسكت النهار، فصالحهم علي واحد منهما.

Çox ağlayanlar beş nəfər olublar. Adəm (ə) behiştdən uzaq düşdüyünə görə daim ağlayırdı. Həzrət Yəqub (ə) və ... , və Həzrət Yusif (ə) atasından ayrılıq səbəbinə və atasının mehribanlıqla dolu olan ağuşundan fərağı səbəbinə o qədər ağlayırdı ki, zindanda yatan digər şəxslər bu ağlamaqdan əziyyət çəkərək ona belə bir iş təklif etdilər: «Ya gündüzlər ağla, gecələr sakit qal, ya da gecələr ağla, gündüzlər sakit qal.» Həzrət (ə) məcbur qalıb onların bu təklifini qəbul etdi.

İbn Əbil-Fəth əl-İrbili, Kəşf əl-ğummə, c. 2, s. 120; Şeyx Səduq, əl-Xisal, s. 272; Şeyx Səduq, əl-Əmali, s. 204; Nişapuri, Rövzə əl-vaizin, s. 451; İbn Şəhr Aşub, əl-Mənaqib, c. 3, s. 104

c) Allah Rəsulunun (s) sünnəsində ağlamaq və göz yaşı tökmək

Yaşlı gözlərə sahib olmağı arzulamaq

Qurtubinin təfsirində Allahla münacatı zamanı Həzrət Peyğəmbərin (s) Allahdan belə bir istəyinə işarə olunub:

اللّهمّ اجعلني من الباكين إليك، والخاشعين لك.

Ya Allah! Məni Sənin üçün ağlayanlardan və xuşu edənlərdən qərar ver!

Təfsir əl-Qurtubi, c. 11, s. 215

O Həzrətdən (s) nəql olunan başqa bir duada deyilir:

اللّهمّ ارزقني عينين هطالتين.

Ya Allah! Mənə ağlayan gözlər inayət elə!

Əl-Munavi, Feyz əl-qədir, c. 2, s. 181

Həqiqətdə Allah Rəsulu (s) dua və münacatlarının arasında Allahın razı olduğu batini arzusunu Allahdan istəmişdir. Əgər bu iş Allah tərəfindən dəstəklənməsəydi, heç vaxt Həzrət (s) öz münacatında belə bir arzunu Allahdan istəməzdi.

Atəşin heç vaxt yandırmayacağı gözlər

Peyğəmbərdən (s) iki qrupun mədhi haqqında belə bir hədis nəql olunur:

عينان لا تمسّهما النار؛ عين بكت من خشيه اللّه، وعين باتت تحرس في سبيل اللّه.

İki göz cəhənnəm atəşindən amandadır: Allah qorxusundan ağlayan göz və camaatın canını, namusunu və əmin-amanlığını qorumaq üçün gecələr yatmayan göz.

Sunəni-Tirmizi, c. 3, s. 96

Allaha görə ağlamaq

Əl-Buxari öz «əs-Səhih»ində Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir:

سبعه يظلّهم اللّه... رجل ذكر اللّه ففاضت عيناه.

Yeddi qrupu Allah Öz rəhmətinin kölgəsində qərarlaşdıracaq ... Yanında Allah xatırlananda gözlərindən yaş gələn kəsləri.

Səhih ə-Buxari, c. 7, s. 185

Allah qorxusundan ağlamaq

Ət-Tirmizi öz «Sünən»ində belə nəql edir:

عن رسول خدا صلي الله عليه وآله وسلّم: لا يلج النار رجل بكي من خشيه اللّه.

Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Allah qorxusundan ağlayan kəs cəhənnəmə daxil olmayacaq.»

Sunən Tirmizi, c. 3, s. 380

Dünyada ağlamaq axirətdə ağlamağın qarşısını alır

Hafiz əl-İsfahani öz kitabında Peyğəmbərdən (s) belə bir hədis nəql edir:

من بكي علي ذنبه في الدنيا حرّم اللّه ديباجه وجهه علي جهنّم.

Dünyada günahlarına görə ağlayan kəsin üzünə Allah cəhənnəmi haram edər.

Hafiz İsfahani, Zikru əxbari İsfahan, c. 2, s. 171