21 Noyabr 2024 - 21
Aşura məktəbindən, İmam Hüseynin bizə qoyduğu məktəbdən insan ictimai və siyasi dərslər götürə bilər. İnsan gərək Aşuranın həqiqiqətinə baxsın, İmam Hüseyn orada bizə nə demək istəyib onu həqiqi şəkildə təhlil etsin. Bəziləri İmam Hüseynin Kərbəla məktəbinə müxtəlif yöndən baxıblar. Bəziləri Kərbəlaya ancaq aşiqlərin gözü ilə baxıblar. Bəziləri ancaq şücaətlilərin gözü ilə baxıblar. Amma Kərbəla məktəbi bunların hamısını cəmləşdirib.
Bir dəstə isə cəmiyyətdə bu xətaya yol veriblər ki, Kərbəlada aşiqlər idi və bu aşiqlərin işini əql ilə təhlil etmək olmaz. Yəni əqli eşq ilə üz-üzə qoyurlar. Əslində biz baxanda görürük ki, Kərbəla məktəbi elə həqiqi əql məktəbidir. Və şəhidin məntiqi də, işi də əqldən başqa bir şey deyil. Şəhid dərk edir ki, bu gün işlərin daha üstünü hansıdır və ona tərəf addım atır, ona tərəf gedir. Ən ağıllı insan odur ki, addımlarını atanda Allaha görə atar və Allahı zikr edərlər. Yəni hər attıqları addımda Allahı fikirləşərlər. İmam Hüseyn də Kərbəla məktəbində bizə bunu başa saldı ki, insan bu dünyaya, bu cəmiyyətə gəlibsə, onun dəyəri bircə bundan ibarət deyil ki, yaşasın. Yəni bircə bu deyil gəldi dünyaya ömür keçdi yaşadı getdi. Xeyir!
Şəhadət Heydərov