20 May 2024 - 20

20 May 2024 - 20

Əza məclislərinin üç xüsusiyyəti
23.03.2019

Məhərrəm ayındakı əza məclislərində bu üç xüsusiyyət olmalıdır:

1. Hüseyn ibn Əli (ə) və Peyğəmbər (s) ailəsinə qarşı məhəbbəti artırmalıdır;
2. Aşura hadisəsi barədə dinləyiciyə aydın baxış verməlidir;
3. Dini inanclara qarşı həm bilgi, həm də az olsa belə, iman yaratmalıdır.

Demirik ki, bütün minbərlər bütün bu xüsusiyyətlərə malik və bütün mövzulara şamil olsun. Xeyr, siz əgər mötəbər bir kitabdan səhih bir hədis söyləyib onu izah etsəniz, kifayətdir. Bəzi natiqlər hərdən bir hədisə o qədər qol-qanad verirlər ki, əsl mənası itib-batır. Əgər siz bir düzgün hədisi öz dinləyiciniz üçün yaxşı izah etsəniz, bizim istədiyimizin mühüm bir hissəsi hasil olar. Siz mötəbər bir söz, yaxud bir Quran ayəsi üzərində fikirləşib mütaliə etsəniz, onu izah edib dinləyicinizə çatıdırsanız, məqsəd hasil olar. Əgər müsibət söyləmək və rövzə demək üçün mərhum Mühəddis Quminin "Nəfəs əl-məhmum" kitabını açıb üzündən oxusanız, dinləyicini ağladacaq və sözügedən coşqun hissi yaradacaq. Məclisi qızışdırmaq üçün əza məclisini özünün həqiqi fəlsəfəsindən uzaqlaşdıran bir iş görməyə nə lüzum var?!

Ayətullah Xamenei