24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Əzadarlıq barəsində səhabənin əməli üslubu
22.12.2017

Əhli-sünnənin ədalətli bildikləri və onların hər işi əhli-sünnə üçün höccət hesab olunduqları səhabələr tərəfindən əzadarlıq məclislərinin qurulması İslamın əvvəlində əzadarlıqların mövcudluğuna daha bir dəlildir. Belə ki, bütün əzadarlıqlarda, xüsusilə Peyğəmbərin (ə) vəfatında Məkkə və Mədinə camaatı əzadarlıq keçirmiş, bu cür mərasimlərə bidət və s. gözü ilə baxmamışlar.

1. Məkkə camaatının Peyğəmbərin (s) vəfatından sonra əzadarlıq etməsi

Səid ibn Müsəyyibin dediyinə görə, Peyğəmbər (s) vəfat edən zaman Məkkə şəhəri camaatın ağlamaq və ah-nalə səslərindən lərzəyə gəlirdi.

لما قبض النبى (ص) ارتجت مكه بصوت.

"Peyğəmbərin (s) vəfatı zamanı Məkkə şəhəri bütünlüklə ah-nalə səsinə bürünmüşdü."

Muhəmməd əl-Fakihi əl-Məkki, Əxbaru Məkkə, c.3, s.80

2. Peyğəmbərin (s) əzasında Aişənin və digər Mədinə qadınlarının əzadarlıq etmələri

Aişə deyir:

و قمتُ التدم (اضرب صدرى) مع النساء و اضرب وجهى.

"(Peyğəmbərin (s) vəfatından sonra) ayağa qalxdım, gedib qadınlarla birlikdə sinəmə və üzümə vurmağa başladım."

İbn Hişam, əs-Sirə ən-Nəbəviyyə, c.4, s.305

3. Həzrət Əlinin (ə) Məhəmməd ibn Əbu Bəkr üçün ağlaması

"Təzkirə əl-xəvvas" kitabının müəllifi yazır:

بلغ عليا قتل محمد بن أبي بكر فبكي وتأسف عليه ولعن قاتله

"Məhəmməd ibn Əbu Bəkrin ölüm xəbəri Əliyə yetişdikdə ağladı, onun ölümünə təəssüfləndi və onun qatilini lənətlədi."

Sibt ibn əl-Cəuzi, Təzkirə əl-xəvvas, s.102

4. Numan ibn Muqrin üçün Ömərin ağlaması

Numan ibn Muqrinin ölüm xəbəri Ömər ibn Xəttaba yetişdikdə Ömər onun üçün əlini başına qoyub ağlayırdı. İbn Əbi Şeybə "əl-Müsənnəf" kitabında yazır:

عن ابي عثمان: اتيتُ عمر بنعى النعمان بن مقرن، فجعل يده على راسه و جعل يبكى.

Əbu Osman deyir: "Numan ibn Muqrinin ölüm xəbərini Ömərə çatdırdım, o, bu xəbəri eşidəndə əlini başına qoyub ağladı."

İbn Əbi Şeybə, əl-Müsənnəf, c.3, s.175 və c.8, s.21

5. Xalid ibn Vəlid üçün qadınların ağlamasına Ömərin icazə verməsi və özünün də onlarla birlikdə əzadarlıq etməsi

Hakim "əl-Müstədrək" kitabında yazır:

عن أبي وائل قال قيل لعمر بن الخطاب رضي الله عنه أن نسوه من بني المغيره قد اجتمعن في دار خالد بن الوليد يبكين وإنا نكره أن يؤذينك فلو نهيتهن فقال عمر ما عليهن أن يهرقن من دموعهن سجلا أو سجلين ما لم يكن لقع ولا لقلقه يعني باللقع اللطم وباللقلقه الصراخ

Əbu Vail deyir: "Ömərə dedilər ki, Bəni Müğeyrə qəbiləsinin qadınları yığışıb Xalid ibn Vəlid üçün əzadarlıq edib ağlayırlar. Sənə əziyyət olar deyə bizim də bundan xoşumuz gəlmədi. Əgər mümkünsə, sən onlara bu işi qadağan et!" Ömər dedi: "Özlərinə vurub nalə etməyənədək bir neçə damcı gözlərindən yaş axıtmalarının eybi yoxdur."

Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.336

"Əl-Əğani" kitabının müəllifi bu məsələyə əlavə də etmişdir:

عن أبي بكر الهذلي قال سمع عمر بن الخطاب نساء بني مخزوم يبكين على خالد بن الوليد فبكى وقال ليقل نساء بني مخزوم في أبي سليمان ما شئن فإنهن لا يكذبن وعلى مثل أبي سليمان تبكي البواكي

Əbu Bəkr əl-Həzli deyir: "Ömər ibn əl-Xəttab Bəni Məxzum qəbiləsinin qadınlarının Xalid ibn Vəlid üçün ağlamaq səslərini eşidib ağlamağa başladı və dedi: "Qadınlara deyin ki, Əbu Süleyman (Xalid ibn Vəlid) haqqında nə bilirlərsə, etsinlər, lakin yalan danışmasınlar! Ağlayanlar Əbu Süleyman kimilərinə ağlasınlar!"

Əbu əl-Fərəc əl-İsfahani, əl-Əğani, c.22, s.98

6. Ömərin ölümü ilə əlaqədar İbn Məsudun əzadarlıq etməsi

فوقف ابن مسعود على قبره يبكى

"(Ömərin ölümündən sonra) İbn Məsud onun qəbrinin kənarında dayanıb ağladı."

İbn Əbd Rəbbih, əl-İqd əl-fərid, c.4, s.283

7. Abdullah ibn Rəvahənin Həmzə üçün əzadarlıq etməsi

Abdullah ibn Rəvahə Həmzə üçün ağladı və onun üçün mərsiyə də yazdı.

İbn Hişam, əs-Sirə ən-Nəbəviyyə, c.3, s.171

8. İmam Hüseynin (ə) şəhadət xəbərini eşidən zaman Mədinə camaatının ağlaması

İbn Cərir ət-Təbəri öz "ət-Tarix" kitabında belə nəql edir:

لما قتل عبيد الله بن زياد الحسين بن علي و جيء برأسه إليه دعا عبد الملک بن أبي الحارث السلمي فقال: انطلق حتي تقدم المدينه علي عمر بن سعيد فبشّره بقتل الحسين – وکان عمرو أمير المدينه -... قال عبد الملک فقدمت المدينه، فلقيني رجل من قريش فقال: ما الخبر؟ فقلت: الخبر عند الأمير؛ فقال إنا لله وإنا إليه راجعون؛ قتل الحسين بن علي.

فدخلت علي عمرو بن سعيد، فقال: ما وراءک، فقلت: ما سرّ الأمير؛ قتل الحسين بن علي؛ فقال: ناد بقتله، فناديت بقتله، فلم أسمع والله واعيه قط مثل واعيه نساء بني هاشم في دورهن علي الحسين...

"Ubeydullah ibn Ziyad İmam Hüseyni (ə) şəhadətə çatdırandan sonra Həzrətin (ə) başını ona gətirdilər. İbn Ziyad Əbd əl-Məlik ibn Əbi əl-Haris əs-Silmini çağırıb dedi: "Mədinəyə get, Hüseynin (ə) öldürülməsi xəbəri ilə Əmr ibn Səidi (O zaman Mədinənin əmiri idi) müjdələ!" ... Əbd əl-Məlik deyir ki: "Mədinəyə çatdım. Qüreyşdən olan bir kişi ilə qarşılaşdım. O kişi dedi: "Nə xəbər var?" Dedim ki, "xəbər əmirdəndir." O, sözümün mənasını başa düşərək "Hamımız Allahınıq və Ona tərəf qayıdacağıq!" ayəsini söylədi və sonra dedi: "Hüseyn ibn Əli (ə) öldürülmüşdür."

Əmr ibn Səidin yanına daxil oldum. O, mənə dedi: "Arxandakı nədir elə?" Dedim: "Əmir üçün məxfi olan şey!" Hüseyn ibn Əli (ə) öldürülmüşdür. Mənə dedi ki, bu xəbəri yayım. Mən də bu xəbəri şəhər camaatı arasında yaydım.

And olsun Allaha ki, ömrümdə Mədinə qadınlarının nalələri kimi nalələr eşitməmişdim. Onlar öz evlərində Hüseyn ibn Əliyə (ə) əzadarlıq edib ağlayırdılar..."

İbn Cərir ət-Təbəri, ət-Tarix, c.3, s.342