21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Zahirən də, daxilən də İmam Hüseynin amalları üçün çalışmalıyıq
20.04.2019

İmam Hüseyn haqqında məlumat toplamaqla kifayətlənməliyik ya necə? Mən qeyd etmək istəyirəm ki, bizim təkcə rəfdarlarımız və biliyimiz kifayət etmir. Digər bir amil də var ki, o bizim daxilimizdədir, onu biz diriltməliyik, gücləndirməliyik və birbaşa rəftarımızda özünü göstərməlidir. O amil nədir? Bizim emosiyalarımız. Biz bu gün İmam Hüseynə əza saxlamaqla, mərsiyə oxumaqla, sinə vurmaqla, ağlamaqla, nohə deməklə, rövzə oxumaqla, zəncir vurmaqla və qara bayraqlar asmaqla o emsiyalarımızı bir daha dirildirik. Və həmən yerdən, küçədən keçən istər istəməz, gənc olsa da, qoca olsa da, qadın olsa da o əzadan təsir götürür. Bu məsələdə təkcə biliyimiz kifayət etmir.

İnsanın rəftarının diri olmağı və təkamülə doğru getmək üçün bu iki amil əsasdır. Birinci amil bilik, ikinci amil həmən emosiyaların dirilməyi, hisslərimizin gerçəklənməyi, həqiqətə çevrilməyidir. Aşura hadisəsinə bu gün ona görə əzadarlıq edirik ki, Allah o hissləri, o emosiyaları bizim daxilimizdə qoyub. Biz də onları dirildirik. Və bizim rəftarımızda birbaşa öz təsirini qoyacaq. Bu ali hisslər bizi qeyrətli, fədakar, ədalətli şəxs edəcək. Aşura məktəbində nə qədər dəyərli, əzəmətli, insani və ilahi dəyərlər vardırsa bizi ona yiyələndircək.

Mahir Bəylərzadə