24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Əzadarlığın metodu və forması necə olmalıdır
26.12.2017

Əzadarlığın iki yönü var. Biri məzmun yönü, yəni deyilən mətləblərdir. Digəri isə əzadarlığın metodu və formasıdır. Məzmun baxımından deyilənlər haram və şəriətə zidd olmamalıdır. Yəni yalan olmamalı, şişirtmə olmamalı, dinin zəifləməsinə səbəb olmamalı, İmam Hüseynin (ə) və məsumların məqamının alçalmasına gətirib çıxarmamalıdır. Həmçinin, möminlərin və əzadarların özlərinin də alçalmasına səbəb olmamalıdır. Yəni, məzmun baxımından mətləblər sənədli olmalıdır. Əhli-beyt (ə) məktəbinin inanclarına və Əhli-beytin (ə) məramına zidd olmamalıdır. Əzadarlığın formasına gəlincə, birincisi, haram işlərə yol verilməməlidir. Məsələn, haram musiqi və s. Dinin zəifləməsinə səbəb olmamalıdır. Yəni, elə iş görməməlidirlər ki, düşmənlərin əlinə bəhanə düşsün və bizim əzadarlığımızla Əhli-beyt (ə) məktəbi və Əhli-beyt (ə) ardıcılları əleyhinə təbliğat aparsınlar.

Məhəmmədhüseyn Fəllahzadə

Ayətullah Xameneinin fətva və fikirlərinə əsasən