21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

28.05.2019

Biz baxdığmız zaman görürük ki, tarixdə baş vermiş müəyyən hadisələri filmə çəkirlər və ya filmə baxdığımız zaman görürük ki, o film bəzən həqiqəti əks etdirir. Və bəzən də bir senaristin təxəyyülünü əks etdirir.

İmam Hüseynin (ə) hadisəsinə, Aşurasına baxanda görürük ki, həzrət senaristə ehtiyac duymadan, Aşura hadisəsini qələmə almağa ehtiyac duymadan özü hadisənin senaristi və baş qəhrəmanı oldu. İmam Hüseyn (ə) və səhabələri qanları ilə bu hadisəni tarixə yazdılar və yaşatdılar. Böyük bir hadisənin yaradıcısı oldular. Hər bir hadisədə bir lider, rəhbər olmaqla yanaşı, o rəhbərin yardımçıları da olmalıdır. İmam Hüseynin (ə) də Aşura hadisəsini yaratmaq üçün yanında oğul, qardaş və qohumlardan əlavə qohum-əqrabasından olmayan insanlar vardı ki, o həzrətin səhabələri idilər. O, böyük şəxsiyyətlər də İmam Hüseyn (ə) ilə çiyin-çiyinə verdilər və o həzrətin amalı uğrunda canlarını fəda etdilər. İmam Əli (ə) buyurur ki, Hüseyn (ə) Kərbəlada şəhadətə çatdırılacaq. Həzrət “Məxluqatın ən xeyirlisi, yaxşısı, ağası oğlum Həsəndən sonra onun qardaşı Hüseyndir", - deyə buyurur. İmam Hüseynin (ə) gözəl səhabələrinin vəsfini həzrət Əlinin (ə) dilindən belə nəql edirlər: "Agah olun, qəflətdə qalmayın ki, İmam Hüseyn və səhabələri qiyamətin günüdə Allah yolunda canlarını fəda edənlərin sərvəri ağasıdırlar".

Cəbrayıl Abıyev