21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Bəşəriyyət onların həqiqi məqamını dərk etməyə acizdir
13.06.2019

İmam Hüseynin məqamını olduğu kimi tanımaq əlbəttə mümkün deyil. Yəni bəşəriyyət onların həqiqi məqamını dərk etməkdə acizdir. Amma müəyyən qədər ki, Quran ayələrində, peyğəmbərin kəlamlarında Əhli-beytin məqamı var, bunu dərk etdib başa düşdükdən sonra onların verdiyi tövsiyələrin də əhəmiyyəti məlum olur. Yəni bu kəlamlar, verdiyi mesajlar, etdiyi moizələr, tövsiyələr və nəsihətlər çox mühüm olar. Ona görə də əhəmiyyət tapdıqdan sonra bunlara diqqətlə qulaq asmaq lazımdır.

Buna əsasən, biz gərək İmam Hüseynin atdığı addımları ciddi şəkildə araşdıraq və hər an o addımdan ibrət alaq. Hətta oturduğu, getdiyi yer və hətta sükutu da bizim üçün mesajdır. İmam Hüseyn Aşura məktəbini yaratdı. Və İmam Hüseynin Mədinədən Məkkəyə, Məkkədən də Kərbəla çölünə səfər edib, şəhid olması və şəhadətdən sonra əsirlərin Şama getməsi kimi məsələlər hamısı böyük bir İslam, hidayət məktəbidir. Bu məktəbin hər yerində və anında bir mesaj və ibrət var.

İmam Hüseynin yazdığı məktublar ki, deyirik onlar həmən universitetin, Aşura məktəbinin qısa bir hissəsidir. İmam Hüseynin bəşəriyyət üçün təşkil etdiyi, yaratdığı bu məktəb böyük bir məktəbdir. Və 14 əsr bundan qabaq İmam Hüseyn bu məktəbi yaradıb və indiyənə kimi də bəşəriyyət həmin məktəbin tələbələri olur. İmam Mədindən hərəkət etdiyi andan etibarən bu məktəbə tələbələr qəbul və xaric olub. Bəziləri yaxşı, bəziləri isə pis vəziyyətdə xaric olublar. Biz baxanda görürük ki, axırda 72 nəfər qalır o məktəbdə. Bəziləri də peşman olur ki, niyə görə bu fürsətdən istifadə etmədilər.

Əli Vəlizadə