21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İslam alimləri İmam Hüseynə (ə) əza saxlamaq barədə
21.06.2019

İmam Sadiq (ə) Fəzl ibn Yasirə buyurur: “Əza məclisi təşkil edirsinizmi? Bir-biriniz üçün hədis danışırsınızmı?”. Deyir: “Bəli”. Buyurur: “Bu cür məclisləri sevirəm. Bizim işimizi dirçəldin, hər kim bizim işimizi dirçəldər - İlahi rəhmətə nail olar”.

Ayətullah Qazi buyurur: “İmam Hüseynin (ə) ziyarətini oxuyun və əzadarlıq saxlayın. Hətta əgər üç nəfərlə olsa belə, növhə oxuyun, işlərinizin düyününü açar. Əgər hər həftə bu işi görə bilməsəniz, ilk 10 gündə tərk etməyin”.

Ayətullah Şeyx Abdullah Maməqani buyurur: “O zamana qədər ki, çörəyin tikəsi boğazınızdan keçir, evinizdə mərsiyə oxumağı tərk etməyin”.

Ayətullah Nurəddin Əraki haqqında Ayətullah Muhəmmədəli Əraki nəql edir: “Mən öz gözlərimlə görürdüm ki, Aşuranın ilk on günündə alimin evində gün çıxandan başlayan əza məclisi zöhrə qədər davam edərdi. Bura çox sayda qərib və Ərak camaatı gəlib gedirdi. O, mərsiyəni oxunmağa başlanan kimi yanına bir neçə dəsmal qoyardı. Bu dəsmallar göz yaşından islanardı və mərsiyə başlayandan məclis qurtarana qədər ağlayardı. Mən bilmirdim ki, bu necə ağlamaq idi ki, sona çatmırdı. Aşura günü olan kimi məriəə olardı və ağlamaq öz əsl mənasını tapırdı. Sanki oğlunu əldən vermişdi”.

Ayətullah Mirzə Cavad Mələki Təbrizi buyurur: “Yaxşı olar ki, Ali-Muhəmməd (ə) dostlarının halı Məhərrəmin ilk on günündə dəyişsin. Ürək və simalarında bu böyük müsibətin təsiri görünsün. Bu günlərdə yeməkdən, içməkdən və hətta yatmaqdan alınan ləzzətlər tərk edilsin. O kəs kimi olmaq ki, sanki ata və ya oğlunu itirmişdir. Peyğəmbər (s) və İmamların (ə) ehtiramı gərək yaxınların ehtiramından çox olsun. Əgər kimsə bu 10 gündə bu işi görə bilməsə ən azı Tasua və Aşura günləri dünya ləzzətlərindən əl çəksin”.

Ayətullah Mərəşi Nəcəfi haqqında danışırlar: “Məhərrəm və Səfər aylarında qara paltar geyinərdi və öz vəsiyyətnaməsində yazmışdı: Məhərrəm və Səfər ayında Ali-Muhəmməd (ə) müsibətinə görə geyindiyim qara paltar mənimlə bir yerdə dəfn olunsun. Vəsiyyət edirəm ki, İmam Hüseyn (ə) üçün tökdüyüm göz yaşı olan dəsmalı kəfənimin üstündən sinəmə qoysunlar”.

Ayətullah Müctəhidi Tehrani buyurur: “Mənim müvəffəq olmağımın səbəbi - tələbəlik dövründə təvəssül, mərsiyə oxunan və sinə vurulan məclislərdə iştirak etmək olmuşdur. O zaman ki, tələbə idim, cümə axşamları evimdə mərsiyə məclisi təşkil edərdim. O zaman ki, Quma getdim, orada da mərsiyə məclisi təşkil etdim”.

Ayətullah Behcət buyurur: “Əhli-beyt (ə) müsibətinə ağlamaq və xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq - o müstəhəb əməllərdəndir ki, ondan fəzilətlisi yoxdur. Mən belə düşünürəm ki, İmam Hüseynə (ə) ağlamaq gecə namazından da üstündür”.

İmam Xomeyni buyurur: “Biz əgər əbədi olaraq İmam Hüseyn (ə) üçün ağlaya bilsəydik, İmam Hüseynə (ə) heç bir faydası olmazdı, bizim üçün olardı. Bu göz yaşları, bu mərsiyə oxumaq, şeir deməklə məktəbimizi qorumaq istəyirik, necə ki, indiyə qədər qorumuşuq”.

Əllamə Təbatəbai buyurur: “Əslində bir damcı göz yaşı tövbə kimidir ki, günahların bağışlanılmasına və əzabın aradan getməsinə səbəb olar. Ey kaş, Həzrət Seyyidi-şühədanın (ə) mərsiyə deyəni olardım. Bütün il boyu məşğul olduğum dərs və bəhslər İmam Hüseyn (ə) üçün deyilən bir mərsiyə ilə bərabər ola bilməz”.

/Deyerler.org/