21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlıq məclislərində məsələnin elmi və tarixi təhlilinə daha çox yer verilməlidir
27.06.2019

Duyğusallıqla yanaşı hər hansısa bir elmi dəstək olmasa insan bir nəticəyə gəlib çıxa bilməz duyğusal tərəfi bizlər Kərbəladan heç bir zaman ayıra bilmərik. Həmişə olacaq. Amma bu elmin yanında, onunla paralel olmalıdır. Bəzən olur ki, hansısa bir yerdə bir alim gəlib xütbə deyir. Adətən xütbə 30, 40 dəqiqə. 1 saat, 2 saat rövzə və mərsiyə kimi mövzulara yer ayrılır. Yəni 3, 4 saat əzadarlıq keçirilir. Bu zaman çərçivəsində sinə vurmağa, mərsiyə deməyə 80-90 faiz yer ayrılır, 5-10 faiz vaxt isə mövzunun elmi tərəfinə ayrılır. Yəni nəticədə bu əzadarlıqda iştirak etmiş cavan, gənc mövzunun elmi, təhlili tərəfindən heç bir bəhrə götürmür. Elmi tərəflərinə insan qulaq asanda hərəkat haradan başladı, nəyə görə yubandı, tasua gecəsi nəyə görə möhlət istənildi və s. Yəni bir vaxt tasua gecəsinin əzadarlığını edəsən, başa düşməyəsən ki, bu gün nə baş verib? Niyə möhlət alınıb, bunun təsiri necə olacaq və yaxud da gözəl bir elmi söhbət nəticəsində anlayırsan ki, tasua gecəsi möhlət gecəsidir və filan-filan səbəblərə görə.

Məsələnin tarixi təhlili, mənəvi tərəfini görürsən və müqəddəs bir şəxsin ömrünün ən son anında ibadətə verdiyi dəyəri görürsən, möhtəşəmliyi görürsən, ondan sonra insan əzadarlıq etsə nə qədər təsirli olacaq. Bu cür əzadarlıq islahedici əzadarlıqdır. Bu əzadarlıqdan sonra cavan öz ibadətinə, islahına daha çox diqqət edəcək. Çünki, fikirləşəcək ki, mənim əzadarlıq etdiyim şəxs mənim biganə olduğum ibadətə gör nə qədər əhəmiyyət verir. Mən səhlənkarlıq edirəm bəzən, əzadarlıq vaxtı ilk vaxtında qılmıram, qəzaya getmə halları da olur. Yəni bu səhlənkarlıqlar gündəlik həyatda insanda baş verir. Amma insan baxıb şüur ilə, dərk ilə, elm ilə mövzunu təhlil etsə bu artıq bir çox məqamlarda daha həssas və ibrətli olacaq.

Rövşən Abdullaoğlu