09 May 2024 - 9

09 May 2024 - 9

Hüseyn (ə) əzadarlarının halı dəyişər
12.10.2019

Əxlaq ustadları, ariflər Məhərrəm-Səfər əyyamı ilə bağlı xüsusi tövsiyələr edir. Xüsusilə, onların tövsiyələri əyyamın birinci ongünlüyü ilə bağlıdır. Dəyərli tövsiyələrdə buyurulur: “Bu ongünlükdə məqsədəuyğundur ki, Əhlibeyt (ə) dostlarının halı dəyişsin, qəlblərində və üzlərində böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Allaha və Rəsuluna (s) sevgi, vəfadarlıq və iman buna hökm edir”.

Bəli, gərək bu ayda hallarımız dəyişsin. Qəlblərimizdə, üzlərimizdə bu böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Əgər iman sahibiyiksə, içərimizdə bu istilik və hərarət varsa, bu hərarət hallarımızın dəyişməsinə səbəb olacaq. Biz onsuz da həmişə bu dünyanın məşğuliyyətləri, cürbəcür əyləncələri ilə başımızı qatırıq. Dünyanın işləri hamımızı məşğul edib. Kimsə düşünürsə ki, beş işi olacaq və onları qurtarandan sonra Allaha bəndəlik edə biləcək, yanılır. O beş işi görüb qurtardıqdan sonra insan görəcək ki, daha on beş işi çıxıb. Bunlar niyə həll olub qurtarmır? Çünki, insanın içərisində sönməyən nəfsani istəklər var. Onlar şölələnir, alovlanır, alovlandıqca da insanı müxtəlif işlərin ardınca olmağa motivləşdirir.