21 Noyabr 2024 - 21
1. Həzrət Həmzənin (r) şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması
Əbdülmüttəlibin oğlu Həmzə İslamın qəhrəman və seçilmiş simalarından idi. O, Ühüd döyüşündə şəhadətə çatdı. Allah Rəsulu (s) əmisinin şəhadətə çatmasına çox qəmgin oldu. Həzrət (s) əmisi Həmzəni "Seyyidüş-şühəda" (şəhidlər sərvəri) adlandırdı və onun ayrılığına ağladı.
Ühüd döyüşündə Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadət xəbəri Həzrətin (s) qəlbində dərin bir təsir qoydu. Çünki Həzrət (s) tövhid məktəbinin ən böyük müdafiəçilərindən və özünün düzgün himayəçilərindən birini əldən vermişdi.
Buna görə də bu dərdli hadisənin müqabilində haqq olan Allahın elçisinin (s) reaksiyası onun tabeçiləri üçün əbədi nümunədir.
Hələbi öz "əs-Sirə" kitabında yazır:
لما رأى حمزة قتيلا بكى ، فلما رأى ما مُثِّل به شهق
Peyğəmbər (s) Həmzənin qanlı cəsədini görüb ağladı, lakin onun müslə olunmasından (bədən əzalarının kəsilməsindən, ciyərinin çıxarılmasından – Müt.) xəbərdar olduqdan sonra isə fəryad edərək ağlamağa başladı.
Nur əd-Din əl-Hələbi, əs-Sirə əl-hələbiyyə, c.2, s.247
Həzrətin (s) əmisi Həmzənin əzasında ağlaması o qədər şiddətli idi ki, İbn Məsud bu barədə deyir:
ما رأينا رسول اللّه صلّي الله عليه و آله وسلّم باكياً أشدّ من بكائه علي حمزه، وضعه في القبله، ثمّ وقف علي جنازته، وانتحب حتّي بلغ به الغشي، يقول: يا عمّ رسول اللّه! يا حمزه! يا أسد اللّه! وأسد رسوله! يا حمزه! يا فاعل الخيرات! يا حمزه! يا كاشف الكربات! يا حمزه! يا ذابّ عن وجه رسول اللّه!.
Biz Allah Rəsulunun (s) əmisi Həmzəyə ağladığı kimi kimsəyə ağladığını görməmişdik. Həzrət (s) onu qibləyə tərəf qoydu. Sonra cənazənin yanında dayandı, o qədər uca səslə ağladı ki, qəşş etmək halına yetişdi. Sonra cənazəyə xitabən buyurdu: "Ey Allah Rəsulunun (s) əmisi! Ey Həmzə! Ey Allahın şiri! Ey Allah Rəsulunun (s) şiri! Ey Həmzə! Ey yaxşı işlər görən! Ey Həmzə! Ey çətinlikləri həll edən! Ey Həmzə! Ey Allah Rəsulunun (s) çətinliklərini uzaqlaşdıran!
Muhib əd-Din ət-Təbəri, Zəxair əl-uqba, s.181
Lakin Həzrət Peyğəmbərin (s) ağlamaq macərası Həzrətin (s) Uhud döyüşündən qayıdan zaman Mədinə camaatının evlərindən şəhidlər üçün qalxan ağlamaq səsləri ilə başladı:
ومر رسول الله صلى الله عليه وسلم بدار من دور الأنصار من بنى عبد الأشهل وبنى ظفر فسمع البكاء والنوائح على قتلاهم فذرفت عينا رسول الله صلى الله عليه وسلم فبكى ثم قال لكن حمزه لا بواكي له فلما رجع سعد بن معاذ وأسيد بن حضير إلى دار بنى عبد الأشهل أمرا نساءهم أن يتحزمن ثم يذهبن فيبكين على عم رسول الله صلى الله عليه وسلم
Həzrət Peyğəmbər (s) Mədinə camaatının (Bəni Əbd Əl-Əşhəl və Bəni Zəfər qəbilələrinin) evlərinin yanından keçərkən onların öz şəhidləri üçün ağlamaq və növhə səslərini eşitdi. Həzrətin (s) gözləri doldu və ağladı. Sonra isə buyurdu: "Lakin əmim Həmzənin ağlayanı yoxdur." Səd ibn Məaz və Useyd ibn Həzir Bəni Əbd Əl-Əşhəl qəbiləsinin evlərinə qayıdarkən onların qadınlarına göstəriş verdilər ki, öz qəm-qüssələrini sinələrində dondurub əvvəlcə Həzrət Peyğəmbərin (s) əmisi Həmzə üçün ağlayıb əzadarlıq etsinlər.
Əbu Cəfər ət-Təbəri, ət-Tarix, c.2, s.210; İbn Hişam, Əs-Sirə ən-Nəbəviyyə, c.3, s.613; Əs-Siqat, c.1, s.234; İbn Kəsir, Əl-Bidayə və ən-Nihayə, c.4, s.54-55
Bundan sonra Peyğəmbərin (s) bu göstərişini eşidən hər kəs hər hansı bir şəhidə ağlamamışdan əvvəl birinci Həmzəyə ağlayardılar:
فلم تبك امرأه من الأنصار علي ميّت بعد قول رسول اللّه صلّي الله عليه و آله وسلّم لكنّ حمزه لابواكي له إلي اليوم إلّا بدأت البكاء علي حمزه.
Peyğəmbərin (s) "Əmim Həmzənin ağlayanı yoxdur!" kəlamını eşidəndən sonra heç bir qadın öz ölüsünə Həmzə üçün ağlamazdan əvvəl ağlamadı.
İbn Həcər əl-Heysəmi, Məcmə əz-Zəvaid, c.6, s.126
Əza məclislərində Həmzə üçün ağlamağın davam etdirilməsi
İbn Kəsir deyir: "Bu günə qədər də Ənsar qadınları öz ölənlərinə ağlamazdan əvvəl, birinci Həmzəyə ağlayırlar".
أحمد بن حنبل عن ابن عمر أن رسول الله صلى الله عليه وسلم لما رجع من اُحد ، فجعلت نساء الأنصار يبكين على من قتل من أزواجهن ، قال : فقال رسول الله صلى الله عليه وسلم : ولكن حمزه لا بواكي له ، قال : ثم نام فاستنبه وهن يبكين. قال فهن اليوم إذا يبكين يندبن بحمزه.
Əhməd ibn Hənbəl İbn Ömərdən nəql edir ki, Allahın Rəsulu (s) Ühüddən qayıdan zaman Ənsarın qadınlarının öz şəhidləri üçün ağladığını müşahidə etdi. İbn Ömər deyir ki, Allahın Rəsulu (s) buyurdu: "Lakin Həmzənin ağlayanı yoxdur." (İbn Ömər) dedi: "Həzrət (s) bir az yatıb istirahət edəndən sonra qadınlar Həmzə üçün ağlamağa başladılar. O gündən bu günədək qadınlar əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə əzadarlıq edirlər."
İbn Kəsir bunu deyəndən sonra belə bir nəzər irəli sürür:
وهذا على شرط مسلم.
Bu rəvayət Müslimin şərtinə görə səhihdir.
İbn Kəsir, əl-Bidayə və ən-Nihayə, c.4, s.55
Vaqidi də bu məsələnin davam etdiyini, qadınların əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə ağladığını deyir:
قال الواقدي فلم يزلن يبدأن بالندب لحمزه حتى الآن.
Vaqidi deyir: "O zamandan indiyədək qadınlar birinci Həmzəyə əzadarlıq edirlər."
İbn əl-Əsir, Usd əl-Ğabə, c.2, s.48
İbn Səd də həmin məsələlərə işarə edərək deyir:
فهن إلى اليوم إذا مات الميت من الأنصار بدأ النساء فبكين على حمزه ثم بكين على ميتهن.
O gündən Ənsarın qadınları birinci Həmzəyə, sonra isə öz ölənlərinə ağlayırlar.
İbn Səd, ət-Təbəqat əl-kubra, c. 2, s. 44
Görəsən, Allah Rəsulunun (s) bu əməli ağlamağın, əzadarlıq etməyin məşruiyyətinə (şəriətə müvafiq olmasına) dəlalət etmirmi?
Möminlər və Həzrət Peyğəmbərin (s) düzgün davamçıları Həzrətin (s) əməli sünnəsini öz əməllərinin meyarı hesab edir. Buna görə də Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadətində təşkil etdiyi əzadarlıq övliyaların, din rəhbərlərinin şəhadəti münasibətilə keçirilən əzadarlıqlara şəri bir meyardır.
2. Cəfər ibn Əbi Talibin (Cəfər Təyyar) (r) şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması
Cəfər ibn Əbi Talib Təyyar (r) Mutə döyüşünün komandirlərindən idi. Allahın Rəsulu (s) Cəfərin şəhadət xəbərini eşidən kimi onun övladlarının yanına getdi. Evə daxil olan kimi Cəfərin uşaqlarını səslədi. Mübarək gözlərindən yaş axa-axa o uşaqları iylədi. Cəfərin həyat yoldaşı nəyinsə baş verdiyini hiss etdiyi üçün Həzrətdən (s) soruşdu:
بأبي وأمّي ما يبكيك؟ أبلغك عن جعفر وأصحابه شيء؟
"Atam-anam sənə fəda olsun, sizi ağladan nədir? Cəfər və onun yoldaşlarından sizə bir xəbərmi yetişib?"
قال: نعم، أصيبوا هذا اليوم.
Buyurdu: "Bəli, onlar bu gün şəhid oldular".
Əsmanın fəryadı ucaldı. Qadınlar ətrafına toplaşdılar. Həzrət Fatimeyi-Zəhra (s.ə) evə daxil oldu. Ağlayaraq belə fəryad elədi: "Va Əmmah! (Əmim, vay!)"
فقال رسول اللّه صلّي الله عليه و آله وسلّم: علي مثل جعفر فلتبك البواكي.
Allahın Rəsulu (s) buyurdu: "Ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar."
İbn Əbd əl-Birr, əl-İstiab, c.1, s.313; İbn əl-Əsir, Usd əl-ğabə, c.1, s.241; İbn Həcər əl-Əsqəlani, əl-İsabə, c.2, s.238;İbn əl-Əsir, əl-Kamil fi ət-tarix, c.2, s.420
Həzrət Peyğəmbərin əməli üsulu və sünnəsi (s) ölənlərə ağlamağı və əzadarlıq mərasimlərini təsdiq etməsindən əlavə qeyd olunmuş bu nümunələr Həzrətin (s) təqrir və imzası hesab olunur. Çünki ağlayıb əzadarlıq edən müsibət sahiblərinə Həzrət (s) bu işi qadağan etmədi. Əksinə, bu qadağanı qoymamaqdan əlavə Həzrətin (s) özü əzadarlıq edib ağlayır.
3. Zeyd ibn Harisənin şəhadətində Həzrət Peyğəmbərin (s) ağlaması
Zeyd ibn Harisə də Mutə döyüşünün komandirlərindən idi. Belə ki, o, Allah Rəsulunun (s) göstərişi ilə Cəfər ibn Əbi Talib və Abdullah ibn Rəvahə ilə birlikdə müharibənin rəhbərliyini öz öhdəsinə götürmüşdü. Onun şəhadət xəbəri bildirilən kimi Allah Rəsulu (s) onun evinə getdi. Zeydin qızı Həzrəti (s) görən kimi boğazını qəhər tutdu və uca səslə ağlamağa başladı. Həzrət (s) də ağladı. Soruşdular ki, "niyə ağlayırsınız?" Həzrət (s) buyurdu:
شوق الحبيب إلي حبيبه.
Dostun dosta olan məhəbbətindən (ağlayıram).
Muhəmməd əl-Munəvi, Feyz əl-qədir, c.3, s.695
4. Həzrət Peyğəmbərin (s) oğlu İbrahimin vəfatında ağlaması
İbrahim Mədinədə Peyğəmbərə (s) nəsib olunan yeganə oğlan idi. Lakin bir yaşında vəfat elədi və atasını öz ayrılıq qəminə oturtdu.
İbrahim Mariyə adlı anadan dünyaya gəlmişdi. Ömründən 18 ay keçməmişdi ki, qəzavü-qədər onu atasından aldı və Həzrət (s) kiçik yaşlı övladı üçün ağladı. Əbd ər-Rəhman ibn Ovf Həzrətin (s) ağlamağına təəccüblənib soruşdu:
وأنت يا رسول اللّه؟
"Ya Rasuləllah (s), sən də ağlayırsan?"
Həzrət (s) buyurdu:
يا ابن عوف، إنّها رحمه
"Ey Ovfun oğlu, övladının ölümündə göz yaşı tökmək Allahın lütf və mərhəmətidir."
Sonra buyurdu:
إنّ العين تدمع، والقلب يحزن، ولانقول إلّا ما يرضي ربّنا، وإنّا بفراقك يا إبراهيم لمحزونون.
"Göz ağlayır, qəlb qəmgin olur. Lakin Allahı razı salan sözdən başqa heç bir söz demərik. Ey İbrahim, biz sənin ayrılığına qəmginik!"
Səhih əl-Buxari, c.2, s.85; Səhih Müslim, "Kitab əl-fəzail", "Bab Rəhmətuhu bi əs-sibyan", c.4, s.1808; İbn Əbd Rəbbih, əl-İqd əl-fərid, "Kitab ət-təziyə", c.3, s.19; İbn Macə, Sünən, "Bab ma caə fi əl-buka əla əl-meyyit", c.1, s.506, h. 1589; Əbd ər-Rəzzaq, əl-Müsənnəf, "Bab əs-səbr və əl-buka və ən-niyahə", c.3, s. 552, h.6672
5. Peyğəmbərin (s) Əbd əl-Müttəlib üçün ağlaması
Həzrət Əbd əl-Müttəlib dünyasını dəyişəndən sonra Allah Rəsulu (s) əziz babası üçün ağladı. Ümmü Əymən deyir:
انا رايت رسول اللَّه يمشى تحت سريره و هو يبكى
Mən Allah Rəsulunu (s) Əbd əl-Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.
Sibt ibn əl-Cəuzi, Təzkirə əl-xəvas, s.7
6. Peyğəmbərin (s) Əbu Talib üçün ağlaması
Peyğəmbərin (s) əziz himayəçisi və imanlı əmisi Əbu Talibin dünyasını dəyişməsi Həzrətə (s) çox ağır gəldi. Həzrət Əli (ə) buyurur:
أخبرت رسول الله (ص) بموت أبى طالب فبكى ثم قال: اذهب فاغسله و كفنه و واره غفر الله له و رحمه.
Mən Əbu Talibin ölüm xəbərini Həzrətə (s) verdikdə ağladı və mənə belə buyurdu: "Get ona qüsl ver, kəfənlə və torpağa tapşır! Allah onu bağışlasın və Öz mərhəmətində qərarlaşdırsın!
İbn Səd, ət-Təbəqat əl-kubra, c.1, s.105
7. Peyğəmbərin (s) anası Amənə üçün ağlaması
Bir gün Allah Rəsulu (s) Əbva şəhərində anası Amənənin qəbrini ziyarət etdi. Tarixçilərin dediyinə görə, Həzrət (s) anasının qəbrinin kənarında ağladı və yoldaşlarını da ağlatdı.
Hakim ən-Nisaburi, əl-Müstədrək, c.1, s.357; İbn Şəbbə, Tarix əl-Mədinə, c.1, s.118
8. Peyğəmbərin (s) Fatimə bint Əsəd üçün ağlaması
Əbu Talibin həyat yoldaşı və Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd Həzrət Peyğəmbərin (s) yanında sevimli kəslərdən idi. O da həmçinin Həzrəti (s) müdafiə etmək üçün çox səy göstərmişdi. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir:
صلّى عليها و تمرغ فى قبرها و بكى
Peyğəmbər (s) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.
Muhib əd-Din ət-Təbəri, Zəxair əl-uqba, s.56
9. Peyğəmbərin (s) Osman ibn Məzun üçün ağlaması
Hakim "əl-Müstədrək" kitabında deyir:
إن النبي قبّل عثمان بن مظعون وهو ميت وهو يبكي...
Peyğəmbər (s) Osman ibn Məzun öləndən sonra onu öpdü və ağladı.
Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.1, s.514, h.1334; ət-Tirmizi, Sünən, "Kitab əl-cənaiz bab ma caə fi təqbil əl-meyyit", c.3, s.314, h.989; ət-Təbərani, əl-Mucəm əl-Kəbir, bab Aişə bint Qüddamə ibn Məzun əl-Cəmhiyyə, c.24, s.343, h.855; əl-Beyhəqi, əs-Sünən əl-kəbir, c.3, s.407, h 6503; əz-Zəməxşəri, Rəbi əl-əbrar, c.4, s.187; İbn əl-Əsir, Cami əl-üsul, c.11, s.105
10. Peyğəmbərin (s) Uhud şəhidi olan Səd ibn Rəbi üçün ağlaması
Hakim "əl-Müstədrək" kitabında Cabir ibn Abdullahdan nəql edərək yazır:
لما قتل سعد بن ربيع بأحد، رجع رسول الله صلي الله عليه وآله إلي المدينه... فدخل رسول الله صلي الله عليه وآله ودخلنا معه، قال جابر: والله ما ثمّ وساده ولا بساط. فجلسنا ورسول الله يحدثنا عن سعد بن ربيع، يترحم عليه... فلما سمع ذلك النسوه، بكين فدمعت عينا رسول الله وما نهاهن عن شيء.
Səd ibn Rəbi Uhudda şəhid olandan sonra Allahın Rəsulu (s) Mədinəyə qayıtdı... Allahın Rəsulu (s) onun evinə daxil oldu, biz də Həzrətlə (s) birgə daxil olduq. And olsun Allaha ki, o evdə ev əşyaları və döşənəcək yox idi. Biz Həzrətin (s) yanında oturduq. Həzrət (s) bizim üçün Səd ibn Rəbinin şəxsiyyəti haqqında danışdı və onun üçün Allahdan rəhmət dilədi... Bu sözləri eşidən qadınlar ağlamağa başladılar. Həzrətin (s) gözləri də doldu və qadınları ağlamaqdan çəkindirmədi.
Vaqidi, əl-Məğazi, c.1, s.329-330; Təqi əd-Din əl-Muqrizi, İmta əl-əsma, c.13, s.269
11. Peyğəmbər (s) Ömərin qadınların ağlamağının qarşısını almasını qadağan edir
Aşağıdakı rəvayətdə Peyğəmbərin (s) hüzurunda cənazə müşayiət etmək üçün gələn bir qrup qadınların ağlamasının qarşısını Ömər almaq istəyir, lakin Allah Rəsulu (s) Ömərə bu işi qadağan edir:
خرج النبي علي جنازه ومعه عمر بن الخطاب، فسمع نساء يبكين، فزبرهن عمر فقال رسول الله (ص) يا عمر، دعهن، فإن العين دامعه والنفس مصابه والعهد قريب.
Peyğəmbər (s) cənazə müşayiət etmək üçün evdən çıxdı, Ömər də Onunla idi. Bu zaman qadınların ağlamaq səsləri eşidildi. Ömər sərt şəkildə onların ağlamasının qarşısını almağa çalışdı. Peyğəmbər (s) Ömərə buyurdu: "Onlardan əl çək, çünki gözləri yaşlıdırlar, canları müsibət görüb və (ölən adamı) təzəlikcə itiriblər."
Əl-Müstədrək əla əs-səhiheyn, Kitab əl-cənaiz, c.1, s.381, h.1406; ən-Nəsai, Sunən əs-suğra, Kitab əl-cənaiz, bab ər-rüxsə fi əl-bukai əla əl-meyyit, c.4, s.19, h.1850,; Əhməd ibn Hənbəl, əl-Müsnəd, Bab musnədi Əbi Hüreyrə, c.2, s.444, h.9729; İbn Macə, Sünən, Kitab əl-cənaiz, Babu ma caə fi əl-bukai əla əl-meyyit, c.1, s.505, h.1587
Yuxarıdakı rəvayətdən bu nəticəyə gəlirik ki, bəzilərinin ölənə ağlamağı haram bilməsi Ömərin bu əməlindən götürülmüşdür. Lakin Peyğəmbərin (s) Ömərin bu əməlini qadağan etməsinə baxmayaraq yenə də bəziləri Ömərin əməlinə istinad edərək ölənə ağlamağı haram hesab edirlər.
12. Peyğəmbər (s) ağlamağı ilahi rəhmət hesab edir
عن أسامه بن زيد قال:أرسلت بنت النبي (ص) أن ابنا لي قبض، فأتنا، فأرسل يقرأ السلام ويقول: إن الله له ما أخذه وله ما أعطي وكل شيء عنده بأجل مسمي، فلتصبر ولتحتسب. فأرسلت إليه تقسم عليه ليأتينها، فقام ومعه سعد بن عباده ومعاذ بن جبل وأبي بن كعب وزيد بن ثابت ورجال، فرفع رسول الله (ص) الصبي ونفسه تقعقع، ففاضت عيناه، فقال سعد: يا رسول الله، ما هذا؟ قال: رحمه يجعلها في قلوب عباده، إنما يرحم الله من عباده الرحماء
Üsamə ibn Zeydin belə dediyi rəvayət olunur: "Peyğəmbərin (s) qızı Ona xəbər göndərdi ki, oğlumu tutmaq istəyirlər, mənim yanıma gəl, (mənə kömək elə)! Həzrət (s) cavabında bir nəfəri göndərdi ki, ona salamını çatdırsın və desin: "Hər şey Allahdandır, O nəyi istəsə alar, nəyi istəsə verər! Hər şeyin zamanı müəyyəndir! Səbir etsin və bununla kifayətlənsin!"
İkinci dəfə yenə də o, Həzrətin (s) ardınca adam göndərib and verdi ki, onun yanına gəlsin! Həzrət (s) ayağa qalxdı, Onunla birlikdə Səd ibn Ubadə, Məaz ibn Cəbəl, Ubeyy ibn Kəb, Zeyd ibn Sabit və bir qrup insan da ayağa qalxıb onun evinə getdilər. Həzrət (s) təngnəfəs halda və gözlərindən yaş axa-axa uşağı anasına qaytardı. Səd dedi: "Ey Allahın Rəsulu, niyə ağlayırsan?" Peyğəmbər (s) buyurdu: "Bu, Allahın bəndələrinin qəlblərində qərarlaşdırdığı bir rəhmətdir. Allah başqalarına rəhm edən bəndələrinə mərhəmət göstərər!"
Səhih əl-Buxari, "Kitab əl-cənaiz", "Babu qovl ən-Nəbi yuəzzəb əl-meyyitu bibəzi bukai əhlihi", c.1, s.431, h.1224, və "Kitab əl-mərza", "Babu iyadə əs-sibyan", c.5, s.2141, h.5331 və "Kitab əl-iman və ən-nəzur", "Babu qovl Allahi-Təala "və əqsəmu billah", c.6, s.2452, h.6279; Səhih Müslim, "Kitab əl-cənaiz", "Bab əl-bukai əla əl-meyyit", c.2, s.635, h.923; ən-Nəsai, Sünən əs-suğra, "Kitab əl-cənaiz", "Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh", c.4, s.22, h.1868; ən-Nəsai, Sünən əl-kubra, "Kitab əl-cənaiz", "Bab əl-əmr bil-ihtisabi və əs-səbri ində nuzul əl-musibəh", c.1, s.612, h.1995; Əbi Davud, Sünən, "Kitab əl-cənaiz", "Babu fi əl-buka əla əl-meyyit", c.3, s.193, h.3125; Əbd ər-Rəzzaq, əl-Müsənnəf, "Bab əs-səbr və əl-buka və ən-niyahə", c.3, s.551, h.6670