23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İlbəil artır sənin qan qardaşın, can Kərbəla
22.08.2020

İlbəil artır sənin qan qardaşın, can Kərbəla,
Bax, Yəməndə qan axır sel tək bu gün, yan Kərbəla.

Kərbəla, can Kərbəla,

Göz yaşı qan Kərbəla.

Kərbəla, can Kərbəla,

Dərdlərə yan Kərbəla.

Gər keçən il Qəzzada qan ağlayırdı asiman,

İndi də məzlum Yəməndə körpələr eylir fəğan,

Vardır amma bir təfavüt, istirəm olsun əyan,

Orda xaric, burda iç düşmən tökür qan Kərbəla.

Olmasaydı gər ki, Səccadilə Zeynəb qeyrəti,

Zalimin pak qanları vardı batırmaq niyyəti,

Qətl olur məzlum Yəmənli sevdiyiyçün itrəti,

Aşiqin etsin gərək bu dərdi elan, Kərbəla.

Çıxmamış yaddan şəkillərdə o qanlı çöhrələr,

Kor gözüm gördü yenə qanlı, yaralı körpələr,

Qeyrətə gəlməkçün olsun bəs daha artıq nələr,

Bəs haçan baş qaldırar qəlblərdə vicdan, Kərbəla.

Var sənin Kəşmir, Yəmən, Qəzza kimi qardaşların,

Əfqanıstan, həm Qarabağdır sənin sirdaşların,

Keçdi min dörd yüz il amma bitmədi göz yaşların,

Qəm yemə, axır gələr Sultani – dövran, Kərbəla.

Hacı Səttar