21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey xəlili sərgərdan, bu minaya xoş gəldin
02.10.2019

Ey xəlili sərgərdan, bu minaya xoş gəldin
Kəbədən səfa gətirdin, Kərbəlaya xoş gəldin

Ey xəlili rəbbani vey dəlili ər-Rəhman
Göydə vəhyi nazildir yoxdu qətinə bürhan
Min yolilə vəhy eylər bəndəyə Həqqi Subhan
Başına yığıb yetmiş bir nəfər gözəl qurban
Hökmi vəhyilən düşübdü ibtilaya xoş gəldin

Kəbənin binasında cəddin eyləyib himmət
Daşların Xəlilullah nəsb edib çəkib zəhmət
Kəbə də sizinkidi, qiblə də behər surət
Sən ki, çöllərə düşdün beytə saxladın hörmət
Kəsbi ehtiram etdin Kərbəlaya xoş gəldin

Biz Bəni Əsəd qovmu paybəndi imanıq
Hamiyani İslamıq, cannisari Quranıq
İndi mizban sənsən, biz bu çöldə mehmanıq
Əmrin olsa təslimik, gəllən olsa çobanıq
Xidmət eylərik Ali-Mustafaya xoş gəldin

Bir gül eyləsə hədiyyə öz həbibinə aşiq
Qəlbinin səfasından eşqini bilər sadiq
Şübhəsiz bu qurbanlar şəninə deyil layiq
Sən özün ki, layiqsən ey səhifeyi natiq
Çün bəha verər lütfün kəmbəhaya xoş gəldin

Şərmsar olar görsə hişmətin süleymanlar
Feyz alar hüzurundan basədaqət insanlar
Ver cavanlara rüxsət canına fəda canlar
Nəhrdən su versinlər teşnədir bu qurbanlar
Axmasın susuz bir qan bu minayə xoş gəldin

Gəlmişik edək xahiş dərdu qüssən inçəlsin
Bu solub yanan güllər kölgə yerdə dirçəlsin
Əhli-beytə rüxsət ver bir qəbiləyə gəlsin
Nazdanə qızların xeymələrdə dincəlsin
Səqfi xanəmiz salsın ərşə sayə xoş gəldin