23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İnsan düşə hər surətə vicdan əvəz olmaz
09.10.2019

İnsan düşə hər surətə vicdan əvəz olmaz
Vicdanı olan bağlasa peyman əvəz olmaz

Vicdan yoxudu kufəli əhli qərəz oldu
Boş vədələrə döndü məhəbbət mərəz oldu
Beyət eləyəndən sora millət əvəz oldu
Min ildi vəli milləti İran əvəz olmaz

İllərdi Hüseynə ki, bizim beyətimiz var
Sındırmamışıq biyəti çün qeyrətimiz var
Əlan da qara köynəyilən ülfətimiz var
Bu məmləkəti şiədi peyman əvəz olmaz

Ey kufəlilər sizdə olan cəhli qərizi
Məğzizdən alıb qüdrəti təşxisu-təmizi
Hind oğluna beyət edə Zəhranın əzizi
Bilməm niyə bu gərdişi dovran əvəz olmaz

Beyət eləyən rişteyi əhdi belə qurmaz
Kafir qonağın başını sərnizəyə vurmaz
Ox atmaq ilən həqq danışan sakit oturmaz
Daş vurmaq ilən natiqi Quran əvəz olmaz

Dəvət elədiz şəhrə imam oğlu imamı
Qoyduz qabağa pəst zinazadə qulamı
Şəhrizdə Hüseyn xar, Yezid oldu girami?
Amma daşilan ləni bədəxşan əvəz olmaz

Ey kufəlilər var bu Yezidin nə vafası
Beş günlük olar cirəsi, ənamı, libası
Vardır oların mülki Hüseynində duası
Simu-zərə Allah verən ünvan əvəz olmaz

Nokər qocalıb olmasa gər xidmətə qadir
Şah eyləyəcək baznişəst hökmünü sadir
Şah olsa Hüseyn, nokər Həbib ibni Məzahir
Şahın qapısında qoca dərban əvəz olmaz

Şimr onda ki, məkr ilə vafa rəddin itirdi
Fikr etmədi qorxan var özün təllə yetirdi
Abbası ögey bildi amannamə gətirdi
Rubah sözünə bilmədi aslan əvəz olmaz