21 Noyabr 2024 - 21
Əmu gəl Qasımin qanı töküldü inqilab üstə
Nə mane var axa bir qan hesab üstə, kitab üstə
Cahanda hər nəfəs, ya hər qədəm teyyi mərahildir
Həyati cavidanə ömrü fani həddi vasildir
Bu qanuni təkamüldü şəhid insani kamildir
Gərək hər gül müəttərdi ayaqlansın gülab üstə
Zireh geysin dedilər cismə tiri cansitan batmaz
Dedim iman zirehdir sinəm üstə heç sinan batmaz
Cavanlar qorxmasın Quran yolunda axsa qan batmaz
Fəramuş eyləməz tarix səbt elər kitab üstə
Özüm bir on üç yaşlı mücahid əhli imanam
Qiyafəm şadidir amma ürəkdən qönçə tək qanam
Yetiməm, dəstgirəm, dəstgirim yox pərişanəm
Yetirməz bir müsəlman bu ləbətşanı su üstə
Hüzuri yarə çox-çox sadə vəla yek qəba gəldim
Babam gördüm məni səslir yıxılma ay bala gəldim
Həvəsləndim dedim mən də dayan bikəs baba gəldim
Özümü on bir ildən sonra atdım ol cənab üstə
Vüsalın arizusunda yanır pərvanə gəl qoyma
Babamın əlləri əlan bata al qana gəl qoyma
Sənə təzim edən başı kəsə biganə gəl qoyma
Xəzinə sahibi sənsən, gəl əyləş ləli nab üstə
Ədalətxah olan aləmdə istibdada yalvarmaz
Qəfəsdə can verər himmətli quş səyyada yalvarmaz
Mücahid xəncər üstə yol gedər cəllada yalvarmaz
Cəri etməz sitəmgər şəxsi xəlq inqilab üstə
Dedim bikəs ərusə sən də məntək inqilab eylə
Cəmalın zülfün altda gizlədib hifzi hicab eylə
Sənə kim qeyzilən baxsa ona qeyzu-itab eylə
Əgər ölsən də eyb etməz bu bir əmri savab üstə
Cidaya çox baxıb tez-tez məni ahınla yandırma
Qulaqında yaran olsa əgər, əğyara andırma
Anan Zəhradan ilham al, əmoğlun çox utandırma
Necə ki, zülfünü tökmüşdü nili aftab üstə