23 Noyabr 2024 - 23
Hürrü şərməndəyəm ey şah pənah axtarırram
Gəlmişəm dərgahına izzətu cah axtarıram
Mən həmən zalım idim zülmdə tüğyan eylədim
Fatimə qızlarını qəlbi pərişan eylədim
O cəsarət ki, Hüseynə məni nadan eylədim
Gəlmişəm xətti aman əfvi günah axtarıram
Yetirin şaha deyin bəndeyi şərməndə gəlib
Ya Hüseyn Hürrü sərəfkəndə panahəndə gəlib
Qapına bir üzü qara əli boş bəndə gəlib
Halıma quşeyi çeşminlə niqah axtarıram
Görmədim ali-Yezidin səri rahində şərəf
Nə əmirində ədəb var, nə sipahında şərəf
Nə libasında fəzilət, nə kulahındə şərəf
Mən bu dərbari şərafətdə kulah axtarıram
Mən əzəl fikr elədim iş belə gəlməz qabağa
Kimdi şəmşir çəkə dəvət olunmuş qonağa
Məni əfv eylə bağışla yolunu kəsdim ağa
İndi babi kərəmu rəhmətə yol axtarıram
Atanın haqqına verrəm qəsəm ey şah səni
Qapına qan eləyib gəlmişəm əfv eylə məni
Siz şərəf mədənisiz rədd eləməzsiz gələni
Töbeyi rusiyah -o- namesiyah axtarıram
Dərdimin çarəsini səndə fəqət görrəm ağa
Daməni vəslini əldən necə mən verrəm ağa
Mən əgər Hürrəm elə bu qapıda hürrəm ağa
Üstuxani kərəmin gah bigah axtarıram
Gəlmişəm cürmu xəta dəftərin əşgilə siləm
Öpəm Əkbər əlini, Əsğərə qurban kəsiləm
Sən su verdin mənə yollarda, mən əlan xəciləm
Üzü ağ olmağımı xah-nəxah axtarıram
Məndən üz döndərib əsrarimi ifşa eləmə
Küfrümü səfheyi tarixdə imza eləmə
Qapıdan qovma Hüseyncan məni rüsva eləmə
Göz yaşım qanə dönüb sinədə ah axtarıram
Gecə başından olan xəlqi pərakəndə sənin
Heç biri şəninə olmazdı bərazəndə sənin
Bu qulamım sənin, oğlumda sənin, mən də sənin
Bu sınıq ləşgəri məduduma şah axtarıram
Şühədaya eləyibsən nə kəramət bilirəm
Öz məqamın hamı eylib gecə röyət bilirəm
Şühəda huri görüb, mən səni cənnət bilirəm
Qeybə iman gətirib, əmnu-rifah axtarıram
Ar ola cənnəti sənsiz biri gər yada sala
Gedirəm qoyma bu nisgil vəli qəlbimdə qala
Göndər Əbbası bacından mənə hilliyyət ala
Özümün gəlmir üzüm, lütfi ilah axtarıram