21 Noyabr 2024 - 21
Qoyun qılım namazımı
Sonra kəsin boğazımı
Qonağızam vəfalıyam
Yaralıyam, yaralıyam
Su yoxdu dəstəmaz alam,
Üz üstə səcdədə qalam
Ölüb əzan deyən balam,
Cigər yanır əzalıyam
Bəla çölün duman tutub,
Bu gülşəni xəzan tutub
İki gözümü qan tutub,
Görürsüz ibtilalıyam
Çü dadü-kinə əkmiyin,
Cinayətə tələsmiyin
Başımı teşnə kəsmiyin,
Ki başı macəralıyam
Məni qoşun nədən vurar,
Ərazili zəman vurar
Gələn vurar gedən vurar,
Solan gülün misalıyam
Çıxıb kamani kinədən,
Dəyibdi ox bu sinədən
Əl üzmüşəm Mədinədən,
Həmişə Kərbəlalıyam
Mən aşiqi şəhadətəm,
Əmiri-mülkü-vəhdətəm
Fədayi-rahi-izzətəm,
Bir aşiqin cəlalıyam
Köməklərim batıb qana,
Düşüb hərəsi bir yana
Sızıldaram yana-yana,
Ki ney kimi nəvalıyam
Gəlib qan ağlıyan bacım,
O sinə dağlayan bacım
Gözümü bağlayan bacım,
Deyir başı bəlalıyam
Kimim qalıb ki yar ola,
Dönəmmirəm sağa-sola
Balalarım baxır yola,
Ruqəyyədən aralıyam