21 Noyabr 2024 - 21
Ələ dəsmal alıb ağla, yaralandım bacı Zeynəb
Özün gəl yaramı bağla, yaralandım bacı Zeynəb
Keçər ahum oxu daşdan, üzüldüm qohum-qardaşdan
Atam Heydər kimi başdan, yaralandım bacı Zeynəb
Əgər ki sinə dağlarsan, yaralı görsən ağlarsan
Gəlib sən yaxşı bağlarsan, yaralandım bacı Zeynəb
Peyğəmbərin gülü soldu, əmmaəməm qan ilə doldu
Mənə ölmək yəqin oldu, yaralandım bacı Zeynəb
Oğul yox səsləyəm dadə, bu gündə yetsin imdadə
Xəbər tutub gələ dadə, yaralandım bacı Zeynəb
Ölüb ənsar, ələmdarım, düşüb qaolsuz ələmdarım
Sən ol mənim pənahdarım, yaralandım bacı Zeynəb
Fələk aramımı aldı, məni dərdə. qəmə saldı
Səkinə atasız qaldı, yaralandım bacı Zeynəb