21 Noyabr 2024 - 21
Bəziləri ibn-Kəsirin məlumatlarından, bəziləri imamın rəcəzindən belə bir nəticə çıxarırlar ki, düşmən qoşunu 30 min nəfərdən çox olmuşdur. Bəziləri bu qoşunun bir milyon nəfərə çatdığını bildirir. İmamın səhabələrinin, əhli-beytinin və özünün sağlam düşüncəyə sığmayan bəzi rəşadətləri də önə çəkilir. Bu sayaq məlumatların heç bir tarixi sənədi yoxdur. Məsələn deyirlər: "Həzrət Əbül-Fəzl 50 min, həzrət Qasim 30 min, həzrət Əli Əkbər 70 min nəfər öldürdü. İmam özü isə 300 min nəfərin həyatına son qoydu. Mərhum şəhid Ayətullah Mütəhhəri buyurur: "Mən hesablamışam ki, əgər imam Hüseyn (ə) hər saniyədə bir nəfər öldürsəydi, 300 min nəfəri öldürmək üçün ona 83 saat vaxt lazım idi!"
Bəli, bəzi rəqəmlər ağıl və məntiqdən uzaqdır. Mövləvi demişkən, "Eşq gəldi, ağıl biçarə qaldı." Bu sayaq rəqəmləri sübuta yetirmək üçün deyirlər ki, aşura günü günəş imamın səbri sayəsində yerində dayandı və gün 70 saatdan uzun çəkdi. Bu sayaq iddialar batildir və aşura tarixinə yaddır. Aşura tarixi canlı bir tarixdir və ən xırda detalları sünni və şiə mənbələrində qeyd olunmuşdur.
Əliəsğər Səffar Hərəndi