21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Məzluma ağlamaq zalimə etirazdır...?
25.08.2020


İmam Hüseynə (ə) əza saxlamaq və ağlamaq yezid, müaviyə və onları iş üzərinə gətirən xəlifələrə, yəni Əhli-Beytə (ə) zülmün binasını qoyanlara etirazdır. Bu zülmə susan yüzlərlə səhabə və tabeinə etirazdır.

Buna görə də vəhabi və sələfilər ağlamağı kökündən baltalamağa çalışırlar ki, ağlasalar işin ucu gedib lap yuxarılara çıxacaq.
Axı ağlasalar, onlardan soruşacaqlar ki, kimə və niyə ağlayırsız?

Onda gərək onlar Yezidə güclə beyət alan Müaviyəni, Müaviyəni Şama vali təyin edən Öməri də sorğulasınlar.

Gərə desinlər ki, Əbu Süfyan və övladları boyunlarında qılınc görməyincə İslamı qəbul etmədilər və Peyğəmbər (s) də bu münafiqlərə hər hansısa bir vəzifənin verilməsini qadağan etmişdi, amma Ömər özündən daha güclü gördüyü müxalif münafiqləri susdurmaq üçün Peyğəmbərin (s) sözündən çıxaraq onlara vəzifə payladı. Nəticədə münafiqlər Ömər və Osmanın dövründə Şamda hakimiyyətlərini gücləndirdilər.
İmam Əli (ə) münafiqləri vəzifədən kənarlaşdırmaq istəyərkən isə dişlərini müsəlmanların malına qıcamış Əbu Süfyan övladlarının qoşunları ilə üzləşdi...

Bəli, bu münafiqin qoşunun yaradılmasına görə məsuliyyəti birbaşa ikinci xəlifə daşıyırdı.

Əgər o, Əbu Süfyanın oğlu Yezidə Şam valiliyini verməsəydi, Yezidin qardaşı Müaviyə və daha sonra da məlum və məlun Yezidə zorla beyət alınmasaydı, Siffeyn döyüşü baş verməzdi, İmam Əli (ə) terror edilməz, İmam Həsən (ə) zəhərlə qətlə yetirilməz və Kərbəla faciəsi yaranmazdı və əməvi hakimiyyəti zamanı minlərlə müsəlman Əhli-Beyti (s) sevdikləri və zalimə etirazları üçün qətliam edilməzdilər.

Bu ağlamağın ucu çox həssas yerlərə toxunduğu üçün münafiq Əbu Süfyanın və əməvilər sülaləsinin ideoloji tör-töküntüləri olan vəhabilər çox həyasızcasına İmam Hüseynin (ə) İslam uğurunda cihadını kiçiltmək istəyir, bunu xilafətə qarşı üsyan kimi göstərməyə çalışırlar. Çünki yezidə oxuduqları lənətin sonundan çox qorxular. Yezidə oxuduqları lənəti sanki öz əqidələrinə oxuyurlamış kimi diskinirlər... təbiidir.

Hüseynə (ə) ağlamaq, Bədr və Ühüd döyüşündə şəhid olanların qanının qiymətini qorumaq üçündür.

Hüseynə (ə) ağlamaq Peyğəmbərin (s) vəfatından sonra beş-on nəfərin mürtəd olması bəhanəsi ilə qəsbkar xəlifəyə etiraz edən müsəlmanların qətliamını (rəddə döyüşləri) unutmamaq üçündür.

Hüseynə (ə) ağlamaq İslamın Quran əsasında inkişaf edəcəyi birinci yüz illiyin xristian və yəhudi nağılları ilə dolduranları unutmamaq üçündür.
Hüseynə (ə) ağlamaq İmam Əlini (ə), Həzrət Zəhranı, İmam Həsəni və İmam Hüseyni (ə) və Əhli-Beyt (ə) imamlarını öldürən münafiqləri tanımaq üçüdür.

Hüseynə (ə) ağlamaq bu günə qədər müsəlmanların məzlumcasına öldürülməsinin səbəbkarlarını, bu gün də həmin səbəbkarların yolunu davam edərək düşmən dəyirmanına su tökən Səudiyyə, Misr, BƏƏ və Bəhreyn kimi ərəb dövlətlərinin müsəlmanlara qarşı xəyanətlərini unutmamaq üçündür.

Hüseynə (ə) ağlamaq xəyanətlər nəticəsində tanınmaz hala salınmış İslama ağlamaqdır.

Mirməhəmməd Bəşir