23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) elçisi Qeys ibn Musəhhər və onun fədakarlığı
08.01.2018

Qeys ibn Musəhhər (Mushir) kimi tanınan bu şəxs İmamın (ə) məktub daşıyanıdır. Onun nəsil və nəsəbini Bəni Əsəd qəbiləsinə nisbət verirlər. Qeys İmamla (ə) Müslim ibn Əqil və İmamla (ə) kufəlilər arasında vasitəçi olub. O ilk dəfə kufəlilərin məktubunu İmama (ə) yetirən şəxsdir. Qeys birinci dəfə mübarək ramazan ayının 10-da bir neçə Küfə böyüklərinin məktubun İmama (ə) gətirib. Bu əsasa görə onu kufəli hesab edirlər.

Qeys bir neçə dəfə İmamın (ə) hüzurunda olmuş, Müslim ibn Əqildən namələr ğətirmişdir. Sonuncu dəfə İmam (ə) onu bir məktubla küfəlilərə göndərmişdi. Bəzi mənbələrdə bu səfərin Müslim ibn Əqilin şəhadətindən sonra baş tutduğu deyilir.

Sonuncu səfərinə Qeys Husayn ibn Numeyr adlı biri tərəfindən tutulub İbn Ziyadın yanına aparılır. O məktubun ələ keçməməsi üçün məktubu parçalayır. İbn Ziyad ondan soruşur:

Sən kimsən?

Qeys: Mən Əli və onun oğullarının şiyələrindənəm.

İbn Ziyad: Məktubu niyə cırdın?

Qeys: İçində nə olduğunu bilməmən üçün.

İbn Ziyad: Kim tərəfindən və kimə idi?

Qeys: Hüseyn ibn Əli (ə) tərəfindən idi. Bir dəstə kufəlilərə ki adlarını bilmirəm.

İbn Ziyad: Ya o dəstənin adını deyəcəksən və Əliyə (ə) və övladlarına lənət deyib mənə yaxın olacaqsan ya da səni tikə-tikə edəcəm.

Qeys: O dəstənin adını deyə bilmərəm ancaq onları lənətləyərəm.

Sonra Qeys uca səslə Bəni üməyyəni lənətləyib qışqırdı: Ey camaat mən Hüseyn ibn Əlinin (ə) sizə tərəf gəlim elçisiyəm, mən ondan (filan yerdə) ayrıldım. Onun yanına gedin!

Bu hadisənin ardınca İbn Ziyan əmr verdiki, onu binanın başından tullayıb öldürsünlər, sonra bədənini tikə-tikə doğrasınlar.

Qeysin şəhadət xəbəri gəlib yetişəndə İmamın (ə) gözü yaşla doldu və bu ayəni oxudu:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər (Əhzab-23).

Y.Nuriyev /İslaminsesi.info