21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yerlər, göylər Hüseynin (ə) səbrindən lərzəyə gəldi...
05.09.2020

İndi də, icazə verin, sizə bir ailə başçısının, atanın, qardaşın və rəhbərin ən çətin anından danışım:

6 aylıq körpə susuzdur. Ana deyir ki, daha südü yoxdur ona verməyə, çünki o da susuzdur. O, su içməsə, bu körpəyə süd hasil olmayacaq.

Ata körpəni qolları arasına aldı, üzünə baxdı.

Sudan çıxıb susuz qalan körpə balıqların su həsrətindən ağızlarını necə açıb-yumduqlarını görmüsünüz yəqin...

İndi bu kiçik Əli Əsğər də eləcə su üçün çırpınırdı.

Ata onu götürüb düşmən qoşununun qarşısına çıxardı, onları bu körpənin halından xəbərdar etdi.

Su içsə nə edəcək axı bu körpə? Güc toplayıb düşmənə zərbə endirəcək?!

Düşmən qoşununa çaxnaşma düşdü.

Bir qisim belə də dedi. Gəlin, ona su verək. O biri qisim isə narazılıq etdi.

Lənətlik qoşunun başçısı gördü ki, bu körpə – adi körpə deyil. O, bu susuzluğu ilə qoşunu yaracaq. Odur ki, vaxtı itirmədən Hərmələyə əmr verdi...

Nə durmusan Hərmələ? Kimi gözləyirsən? Görmürsən axırımıza çıxacaq bu Hüseyn?

Hərmələ (lən) mahir oxatandır. Atdığı oxları hədəfinə ulaşdıran.

Üçbaşlı oxu çıxarıb atdı...

O, incə boyun... Əlin qurusun, Hərmələ! Bu ox, o boyundan neçə dəfə böyük idi...

İmam (ə) öz mübarək əlini körpənin boynu altına qoyub, qanı topladı. Bir damlasını belə, yerə düşməyə qoymadı. Sonra onu göyə atdı...

Ya Rəbb! Yerlər, göylər Hüseynin (ə) səbrindən lərzəyə gəldi...

Ya Rəbb! Hüseyn (ə) üçün ən çətin an gəldi...

Bir kişi üçün ən ağrılı an...

7 dəfə xeymələrə tərəf gedib-gəldi Hüseyncan.

Körpəni əbası altında gizlin saxladı... Bilmirdi onu xanımlara necə versin...

Zeynəb (s.ə) onu qarşıladı.

Bacıcan, bax bu körpəyə nə etdilər... Deməsə belə, bacısı anladı o an...

Rübab... Can Rübab... Səkinə... Can Səkinə...

Necə ağlamasın, nalə çəkməsin qəlb bu an...

Allahım, bu ailəyə salam göndər!

Allahım, bütün ağrı və əzabları bizim əvəzimizə çəkən və bizlərə bu əzabları deyil, yalnız göz yaşlarını qoyub gedən ailəyə salam göndər! Onların qəlbini sevindir...

Onların qəlbini ən yaxın zamanda sevindir...

Allahım, bütün gözlərin nuru olan Mövlamızın (ə.f) zühurunu tezləşdir!

Allahım, bizi giriftar olduğumuz bəlalardan qurtar!

Səni and veririk o məqama ki, Hüseyn (ə) xeymələrə tərəf bir neçə dəfə yolu qət etdi və naəlaclıqdan hər dəfə geri qayıtdı...

Ya Rabbəl-aləmin...

Ülviyyə Bədəl \deyerler\