23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əza məclisi sinə vurmaqdan ibarət deyil
12.01.2018

İnsan bilməlidir nə baş verib. Bilməlidir ki, İmam Hüseyni (ə) Şimr öldürdü və bu, adi bir düşmənçilik deyil. Bu düşmənçilik nədən qaynaqlanıb, haradan gəlib, necə oldu ki, müsəlmanlar 30 ildən sonra öz peyğəmbərlərinin balasını öldürməyə hazır oldular? Öz peyğəmbərlərinin balasının qədəmini öpməyə hazır olan müsəlmanlar 20-30 il ərzində nə baş verdi ki, bu qədər dəyişdilər, peyğəmbərin balası olan İmam Hüseyni (ə) öldürmək qədər vəhşiləşdilər. Bu mövzuları xətiblər insanlara çatdırmalıdır, məhərrəmlik mərasimlərində boş-boş sinə vurmağın faydası yoxdur.


İmam Hüseyn (ə) qiyamının yaşamasını istəməyən qüvvələrin arzusu budur ki, belə xütbələr olmasın. Onlar təbliğ edirlər ki, buraxın qoy sinə vursunlar, buraxın qoy ağlaşsınlar, sonra da dağılışıb getsinlər.


Biz demirik əzadarlıq ləğv olunmalıdır, amma ilk öncə insan bilməlidir ki, Hüseynə (ə) əza saxlamaq ancaq məhərrəm ayında məscidə gedərək mərsiyəxanı gözləyib sinə vurmaq deyil. Yəni əza məclisi bunun üçün qurulmayıb ki, insan xütbənin tez bitməsini gözləsin və desin mən gedim sinə vurum. Bu məclis qurulub ki, sən xətibə qulaq asasan. O zaman bilərsən Kərbəla hadisəsində nə var, nə yox. O zaman səndə məhərrəm ayı ilə bağlı gözəl təsəvvür yaranar və bundan sonra ürəyinin yanğısını o əza metodları ilə söndürə bilərsən. Bu cür əzanın faydası var. Yoxsa ki, İmam Hüseyni (ə) dərk etmədən əza saxlayan üçün heç bir fayda olmayacaq.