03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseyn (ə) höccəti tamamlamaq üçün onlara bu təklifi etdi
19.01.2018

İmam Hüseyn (ə) burada höccətini tamamlayır. Ona görə ki, tarix 1400 il, 1000 il, 2000 min il bundan sonra deməsin ki, axı bu İmam Hüseyn (ə) idi. Bir dəfə heç olmasa deyəydi ki, açın buraxın. Bəlkə buraxacaqdılar?! Heç olmasa deyəydi ki, məni mühasirədə aparın xəlifəniz Yezidin yanına özümüz həll edək. Axı İmam Hüseyn (ə) niyə bu şərtləri qoymadı bunların qarşısına.. Bunları seçim qarşısında qoymadı.. Bunlar fakt qarşısında qaldılar ki, əmr edilib öldürməliyik. Niyə bu yolları açmadı İmam Hüseyn (ə) bunlar üçün?! Bəlkə bu insanlar cəhənnəmdən xilas olardılar? Bəlkə belə olmazdı? İmam Hüseyn ağa bütün bunlar etdi və höccəti tamamladı. Yəni tarix bilsin ki, bunlar məni nə buraxmağa çağırmışdılar, nə Yezid ilə görüşdürməyə bunların qüdrətləri var idi, nə də başqa bir şey. Mən bu yolları bunlara dedim və tarix bilsin bunlar məni gətirdilər bu Kərbəlanın çöllüyünə saldılar. Bunların dərdi bu idi və heç bir tarixdə İmam Hüseynə (ə) qarşı qınama olmasın ki, gərək belə edəydi. O cəhəddən İmam Hüseyn (ə) hər yolu bunlara deyir, elə istəmirsiniz belə olsun.

Amma İmam Hüseynin (ə) rəşadətini, tanımaq bir onunla kifayət edir ki, yüz neçə nəfərlik qoşunla 30 min nəfərin (ən az yazılan rəqəmə görə 18 min, əksər mənbələr 30 min deyir, 80 minə qədər yazanlar var) qarşısına çıxdı. Yüz neçə nəfərlik heyətlə - bunun içində Həzrət Qasim kimi 13 yaşlı gənclərdən, yüz neçə yaşında Həbib ibn Məzahir kimi şəxslərin də olduğu bir dəstə ilə 30 min lik qoşunun qarşısında dayanıb və ona hücum etmək qüdrətinə malik insanlar idi.

Qısaca olaraq məddahlarımızdan, rövzəxanlarımızdan çox-çox xahişimiz budur ki, əgər sözümüzün bir dəyəri olarsa onlar üçün bu dediklərimizə diqqət etisinlər, şişirtmə, yalanı kənara qoysunlar. Nə İmam Hüseynə (ə) bu lazımdır və nə də bizə. Bu yarış deyil, bizə xal yazmayacaqlar ki, mən yüz nəfəri ağlatdım. Əgər bu gün biri xətiblik vəzifəsin boynuna götürüb kürsülərdən İmam Hüseynin (ə) məsələsini xütbə olaraq çatdırmaq vəzifəsini icra edirsə, birinin şairlik istedadı var qələm alıb İmam Hüseynin (ə) hərəkatını nəzmlə çatdırmaq istəyirsə, birinin gözəl səsi var o səsdən istifadə edib insanlara İmam Hüseynin (ə) hərəkatının mahiyyətini çatdırmaq istəyirsə həqiqətdən kənara çıxmasınlar. Hər o şeydə ki, ixtilaf var, tarix buna düz baxmır və hər o şey ki, insanları İmam Hüseyndən (ə) uzaqlaşdırır hamımız gərək ondan çəkinək. Kərbəlada olanları dəqiq, düz öyrənək və olduğu kimi insanara çatdır