24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”
25.01.2018

Hər il olduğu kimi bu ildə müsəlman Azərbaycan xalqı məhərrəm ayını qeyd etmək ərəfəsindədir. Kimlər evində ehsan bişirərək ehtiyacı olanlara paylayır, kimlərsə isə məscidlərə gedərək əzadarlıq mərasimlərində iştirak edərək bu ayın hörmətini saxlayırlar. Lakin bu ayla bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları və suallar formalaşıb? Sual edirlər ki, nəyə görə bu ayda toy etmək olmaz? Və ya nəyə görə imamımızın şəhid olaraq cənnətə getməsini bayram kimi qeyd edib sevinmək əvəzinə kədərlənməliyik?

Müsahib birinci suala cavab olaraq qeyd etdi ki, Məhərrəm ayı matəm və hüzn ayıdır: "Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da insanların İmamı ölüb. İslam Peyğəmbəri də buyurub ki, mən və İmam Əli (ə) bu ümmətin atasıyıq. Eyni halda müqəddəs kəlamlarda və tarixi hədislərdə vardır ki, bu ayda əzadarlıq keçirmək savabdır. Necə ki, Məhəmməd Füzuli deyib:

"Mahi Məhərrəm gəldi müsərrat həramidir,

Matəm bu ayda şəriətə ehtiramidir."

Hətta Məhəmməd Füzuli söyləyir ki, Məhərrəm ayında şadlıq haramdır. Eyni halda əzadarlıq saxlamaq əslində islama ehtiramdır. Yəni bir kəs müsəlmandırsa, gərək bu ayda İmam Hüseynə (ə) əza saxlasın."

İkinci sualla bağlı da açıqlama verən ilahiyyatçı maraqlı fikirlər səsləndirdi: "Ağıllı insanlara və millətlərə fikir versək görərik ki, onların heç biri bu günə qədər əzizi ölərkən və ya şəhid olarkən heç vaxt sevinməyiblər. Heç bir yerdə ölənə şadlıq tutmurlar. Necə İslam Peyğəmbərinin əmisi Həzrəti Həmzə şəhid olanda peyğəmbər nəsihət elədi ki, əmim Həmzəyə mərsiyə və oxşama deyərək ağlayın. Eyni halda İmam Hüseyn (ə) ağlamaq əslində öz halımıza ağlamaq deməkdir. Özümüzə ağlayırıq ki, o yolu gedə bilmirik. O yolu gedə bilməsək də, ən azı ağlamaqla həmin yolu gedənlərə sayğımızı göstəririk."


Əhliman Rüstəmov