21 Noyabr 2024 - 21
Gənclər əgər İmam Hüseyn məktəbini tanısalar, o məktəbdən keçsələr, bilərlər ki, İmam Hüseyn (ə) haqqın, doğruluğun tərəfindədir. Böyüklərə hörmət, sayğı öyrədir. İmam Hüseynin (ə) o keçdiyi məktəb, hicrətin 61-ci ilində olsa da, üzərindən 1300 ildən çox vaxt keçsə də gəncləri həmişə düşündürən, gəncləri özünə cəlb edən, bütün insanları o yola çəkən bir hadisədir. Yəni insanların məqsədləri doğruya çatmaq, doğrunu paylaşmaqdır. Ona görə də gənclərin bu işdə bilavasitə həm cəmiyətdə, həm ailədə, həm tədris ocaqlarında öyrənəcək çox şeyləri var. Əgər gənclər bununla maraqlanırsa, gənclərə bu yol aşılanırsa nə xoş onların halına. Gəncləri bura yönəltmək, gənclərə doğrunu çatdırmaq çox gözəl, təqdirəlayiq bir işdir. Və müşahidələr bunu göstərir ki, eyni zamanda gənclər də buna can atırlar. Demək olar ki, indiki gənclər həm məhərrəm ayında, həm başqa vaxtlarda tədbirlərdə çoxluq təşkil edirlər. İmam Hüseynin (ə) keçdiyi o məktəbi bütün insanlar daim diqqətdə saxlayır. Sanki bütün insanların o məktəbə ehtiyacları var.
Gənclərin ən çox maraq dairəsi ondan ibarətdir ki, Kərbəlanı, Kərbəlada olmağı, İmam Hüseyni (ə) ziyarət etməyi və onda olan eşq məktəbinə böyük maraqla, həvəslə imamın keçdiyi o həyat yoluna nəzər salırlar. Gənclər o məktəbdən nələrsə öyrənməyə çalışırlar. İmam Hüsyenin (ə) və Həzrət Əbəlfəzin böyük şücaəti indiki dövrümüzə gəlib çatıb və gənclərimiz o şücaətdə olmağa can atırlar.