24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Çexiyalı filosof Tomas Masarikin əzadarlıq barədə dedikləri
09.02.2018

Əksər tarixçilərimiz bu ənənənin kəmiyyət və keyfiyyətinə bələd olmamış, əzadarlığı düzgün anlamamış, cahilcə danışmış və İmam Hüseyn (ə) ardıcıllarının əzadarlığını dəlilik sanmışlar. Onlar heç vaxt anlamadılar ki, bu məsələ İslamda necə dəyişiklik yaratmışdır. Bu ümmət arasında əzadarlıqdan meydana gələn dini hərəkat başqa heç bir xalqda yoxdur. Hindistanda əzadarlığı öz şüarına çevirən Həzrət Əli (ə) ardıcıllarının iki yüz illik tərəqqi yolunu tədqiq etsək, hər birimiz bunu təsdiq edərik.


İki yüz il öncə bütün Hindistanda Əli (ə) və İmam Hüseyn (ə) ardıcılları azlıq təşkil edirdi. Başqa ölkələrdə də bənzər vəziyyətdə idilər. Bu gün mütərəqqi və zəngin xristian ölkələrində belə matəm və əzadarlıq keçirmək istəsələr, milyonlarla dollar bahasına da belə əzadarlıq cəmiyyətləri və məclisləri təsis etməyə müvəffəq ola bilməzlər. Hərçənd, bizim keşişlərimiz də həzrət İsanın (ə) müsibətlərini zikr edərək insanları təsirləndirirlər. Amma İmam Hüseynin (ə) tərəfdarlarında olan şövq və həyəcan həzrət İsanın (ə) tərəfdarlarında yoxdur.


Çexslovakiyanın qurucusu (1918-ci il 14 noyabr) və ilk prezidenti, tanınmış filosof və sosioloq Tomas Qarrik Masarik