21 Noyabr 2024 - 21
Bu günə qədər bu qədər xurafi ayinlər, adətlər, fikirlər, təfəkkürlər din və əqidə adına yeridlib ki, onların araşdırılması doğrudan da ömür istəyir. Bu baxımdan Aşua barəsində həqiqətən danışanda 2 dənə problem yaranır. Probləmlərdən biri Aşura hadisəsini dəqiq tarixi faktlara əsaslanan, səhih qaynaqlara əsaslanan və bu günümüzə gətirib çatdıran mənbələr qeyd olunanlardan çox azdır. Biz həqiqətdə o qaynaqlara istinad edək və o qaynaqlara tutunaq və Aşura hadisəsində baş verənləri olduğu kimi vəsf edək. Təsəvvür edin ki, Aşura ilə bağlı hətta imamın bəzi səhabələrinin qulağına nə deməsi, xanımın qulağına nə deməsi, müəyyən səhabələrlə söhbətləri bu gün nəql olunur. Sanki həmən dövrdə hər xeymədə birdənə bu gün dönəmin ən üstün texnikası aparaturası yerləşdirilib və orada gedən bütün söhbətlər, müzakirələr, məhrəm söhbətlər bu gün bizə çatdırılır. Amma bunların qaynaqlarının nə dərəcədə möhkəm olması şüphə doğurur. Məsələn, bu hadisələrin içində olan və o hadisənin şahidi Həzrət İmam Zeynalabin (ə) olub. Araşdıraq görək Aşuranın tarixi barəsində İmam Zeynalabidinə (ə) istinadən nə qədər qaynağımız var? Baxıb görürük ki, kifayət qədər azdır. Halbuki bu hadisəni müşahidə edən, şahidi olan həqiqətlərini dərk edən ağanın özü olub.
İkinci problem də adətən dinləyici ilə vaiz arasında yaranan emosianal problemdir. Bəzi məsələlər bu günə kimi bizə ənənə və əqidə baxımı olaraq şüuraltı otuzdurulub və biz bunu ənənə kimi Aşuranın ayrılmaz bir hissəsi kimi qəbul etmişik. Vaiz bunlara irad tutub danışanda artıq bizim həmən mövzunu birinci əqli və məntiqi süzgəcdən keçirmək əvəzinə reaksiyamız emosianal olur. Yəni artıq burada dinləyici ilə vaiz arasında maneə yaranır. Bu baxımdan deyirəm, ən az mənim özüm üçün iki dənə belə bir böyük problem var.
Bəhruz Camal