24 Noyabr 2024 - 24
İmam Hüseyndən (ə) sonrakı imamların diliylə bizə həm sözdə, həm əməldə əzadarlıq təkid olunub. Sözdə yəni hədislər bizə deyiblər, imamlar danışıblar, təkid ediblər və həm də əməldə özləri məhərrəmdə, Aşurada əzadarlıq ediblər və əməldə də göstəriblər ki, Hüseynə (ə) Aşuraya və Kərbəlaya münasibət necə olmalıdır.
Biri qardaşına ağlasa ona bu savabı verməzlər. Bir xanım oğlu üçün çox ağlayırdı. Buyurdular ki, nə faydası qiyamətə qədər otur ağla, nə verərlər? Həzrət buyurur: "İki rəkət namaz qılasan, ona hədiyyə edəsən ölənə qədər ağlamağından yaxşıdır". İki rəkət namaz qıl, de ki, bağışladım sənə. Bu, illər boyu oturub ağlamaqdan yaxşıdır. Burada ağlamaqdan çəkindirirlər, buyururlar insan səbrli olmalıdır. Dünya hadisə ilə doludur. Övladı ölər, atası ölər, qardaşı ölər, yaxşı ölər, pis ölər hər cür hadisə ola bilər. İnsan hadisələrdə tərbiyə tapır, amma İmam Hüseynin (ə) məsələsi onlardan deyil. Buyururlar bu onlardan tamamilə fərqlidir. Bu ibadət sayılır. İbadət ki oldu buyurur qiyamətə qədər qalacaq. Hər kəs oturub ona ağladı, hər kəs də onu yad etdi, hər kəs də əzadarlıq etdi, onda Allah onu əfv edir.