03 Dekabr 2024 - 3
Balşeviklər gəldi və hər şey etdilər ki, bu xalqa Aşuranı unutdursunlar. Çünki Aşura məktəbini yaşadan insan torpağını itirə bilməz. İmam Hüseyn (ə) məktəbini keçmiş bir şəxs zülmkarlığa itaət edə bilməz. Bu gün dünyada millətlərin başına oyunlar açılır, bombalar yağdırılır, torpaqlar işğal olunur, insanlara haqsızlıqlar edilir, müxtəlif zülmlər edilir. Aşura bu zülmlərin qarşısında dayanan bir məktəbdir. Bunu gətirib bəzən bu şəkilə salırlar ki - kimsə gərək başını yarsın, üzünü cırsın, özünü döysün, qan çıxarsın - bunlar İslam çərçivəsinə sığmayan şeylərdir. Yəni İslam çərçivəsi İmam Hüseyn məktəbini cılızlaşdırmaqdır. O qalxıb öz başına vurulan xəncərlər düşmən başına vurulmalıdır. O, insanların əlbətdə ki, səmimi hisslərindən, emosiyalarından irəli gəlir. Hər millətin bir emosianal kökü olur.
Həmin o döyüş meydanında Müslim Azərbaycaninin qətlə yetirilməsi, şəhid olması, ləyaqətlə İmam Hüseynin (ə) yanında olması diqəti özünə çəkir.
Ümumiyyətlə Aşura mərasimlərinin Azərbaycanda və başqa regionlarda belə kütləvi keçirilməsinin əsas səbəbkarlarından biri məhz Səfəvilər, Qızılbaşlar olub. Kərbəlada, Nəcəfdə İraqın müxtəlif yerlərində, İranda, Əfqanıstanda, Pakistanda bu şəbihləri keçirən azərbaycanlılar olub. O zaman film çəkmək olmurdu, televiziya yox idi. Sadəcə səhnələşdirib teatr formasında onu canlı şəkildə göstərirdilər. Bu şəbih teatrından bizim böyük sənətkarlarımız çıxıb. Məsələn o şəbihlərdə Barat Şəkinskaya Şuşada olarkən İmam Hüseynin azyaşlı qızı rolunu oynayıb. Bu bizim mədəniyyətimizdir, bu bizim ruhumuzdur, biz buyuq. Ona görə bunun düzgün istiqamətdə yönəlməsini təmin etməliyik ki, İslam qayda-qanunlarına uyğun olsun. Orada müəyyən hədləri aşma olmasın. Çünki İslam aşırılığı qəbul etmir. İslam insanın özünə zərər yetirməsi üçün deyil. Bu məktəb ona görə deyil ki, kimlərsə özlərini döysünlər. Bu məktəb ona görədir ki, insanların içində İmam Hüseyn (ə) məktəbinin ruhu cuşa gəlsin və həmin bu gündə insanlar ilk növbədə öz içərilərində olan Yezidləri (l) öldürə bilsinlər, nəinki özlərini... İnsan öz içində olan o şeytanı, şeytana qulluq edən Yezidlərə (l) qarşı mübarizə apara bilsin. Nəfsinə qarşı mübarizə apara bilsin. Nəfsi üzərində qələbə çalmış insan mütləq həyatda bütün əyriliklər, zülmlər qarşısında qələbə çalacaq.
Elşən Mustafaoğlu