21 Noyabr 2024 - 21
Hər işdə və hadisədə dəyanət və möhkəmlik qələbənin ən əsas şərtlərindən, müvəffəqiyyətin güclü amillərindəndir. İctimai-siyasi həyat hadisələrində səbir cilovunu əlindən buraxanlar, nəinki qələbənin məqsədlərinə və nemətlərinə çatmaqdan məhrum olurlar, eyni zamanda bəzən həm özləri, həm də cəmiyyət üçün çətinliklər və faciələr törədirlər.
Dərs proqramının əziyyətlərinə dözməyən şagird fəzilətin və kamalın parlaq çöhrəsini əsla görə, əhrimənin cəhalət çəngəlindən qaça bilməyəcəkdir.
Öz dininin, millətinin və məktəbinin müdafiəsi yolunda düşmən qarşısında sabitqədəm olmayan əsgər nəinki qələbənin şahidi olmayacaqdır, hətta, ola bilsin ki, millətini məhv olmağa və zillətə sürükləyəcəkdir. İnsan cəmiyyətinin uzun siyasi-ictimai mübarizələri gedişində o qrup adamlar qalib gəlmişlər ki, çətin, acı hadisələr müqabilində səbir cilovunu əldən verməmiş və dağ kimi sabit və tərpənməz qalmışlar, hərçənd bəzən bu məsələlərdə "yanmışlar" çöllərdə, zindanlarda, sürgünlərdə və ya işgəncələr altında canlarını tapşırmışlar, ancaq öz cəmiyyətlərinin inkişafında elə bir ülgü, şəhadət və qəhrəmanlıq nümunəsi göstərmişlər ki, gələcək nəsillər öz abırlı həyatında onlara istinad etmişlər. İnqilabçı və azaddüşüncəli, əqidəsi və ideyası yolunda misilsiz möhkəmliyi və dəyanəti olan Əbuzər, həmişə öz dövrünün fəsadçı hakimiyyətinə qarşı etiraz edirdi, onun yoxsulların mallarını qarət yolu ilə əllərindən almasına maneçilik törədirdi. Buna görə dövrün xəlifəsi qarətçilərin təkidi ilə Mədinədən "Rəbəzə" adlı səhraya sürgün etdirdi, nəhayət o, çöllərdə azadlıq sevənlərin nəzərindən uzaq, öz məşəqqət dolu həyatını başa vurdu. Mədinənin hakimi Mərvan onun kimi düz danışan adam görmədiyindən, xalqa Əbuzərin ardınca getməyi qadağan eləmişdi. Bir adamın cürəti yox idi ki, Əbuzərlə bir addım atsın. Amma məzlum tərəfdarı və zalımın düşməni olan Peyğəmbər xanədanı, hakimin bu boşboğazlığına etina etməmiş, Mədinə şəhərindən kənarda özünü Peyğəmbərin həqiqi dostuna çatdırmış, onu öz ağuşuna almış və göz yaşı axıtmışdı.
Həzrət Əliyyibni Əbi Talib və İmam Həsən (ə), Əbuzərin şirin sözlərinə könül verdi, lakin şəhidlərin sərvərinin qəhrəmanlığa çağıran sözləri Əbuzərin qəlbində elə dərin bir rahatlıq yaratdı və onu elə qətiyyətli etdi ki, ömrünün axırına qədər zülmə qarşı mübarizədən əl çəkmədi və bütün varlığını bu yolda qoydu.
Hər halda Hüseyn (ə), zövcəsinin və övladının əlindən tutaraq naməlum bir taleyə doğru gedəndə inqilabçı Əbuzərə belə dedi:
"Ey Hüseynin əziz əmisi, həqiqətən Allah elə böyük və qadirdir ki, namünasib vəziyyəti dəyişə bilər, naümid olmaq lazım deyil, çünki, O, hər gün bir vəziyyət yardadır və nəqşə çəkir.
Müxalif dəstə öz dünyasını səndən əsirgəsə də, ancaq sən onları özünün uca dinindən və fikirlərindən məhrum etdin, onların sənə olan ehtiyacı hər ehtiyacdan daha çoxdur, sən isə onların dünyasına ümumiyyətlə möhtac deyilsən. İndi böyük Allahdan səbir və qələbə istə, tamah və narahatlıqdan Ona pənah apar, çünki,səbir və dözüm dindarlığın zəruri ünsürü və böyüklük nişanəsidir. Qəzəb və tamah nə gündüzü (öz vaxtından) tez gətirər, nə də insanın əcəlinin gecikməsinə təsir göstərər.
Allah səni vəhşətə salanlara rahatlıq, səni qorxudanlara əmin-amanlıq verməz. Allaha and olsun, əgər sən onların dünyasını istəsəydin, dediklərini qəbul etsəydin, hökmən sənə əmin-amanlıq verərdilər, əgər onların rəftarını bəyənsəydin, səni sevərdilər."
İmam Hüseynin (ə) bu cazibəli sözləri inqilabçı Əbuzəri daha çox inqilabçı, daha möhkəm etdi, çörəyini hər günün tələbinə əsasən yemədi və hər an bir şəkilə düşmədi, azad surətdə yaşadı, dünyadan tənha getdi, tənha dəfn olundu və qiyamət günü də bir səfdə tənha olacaqdır.
Ayətullah Əhməd Sabiri Həmədani