21 Noyabr 2024 - 21
Mərhum Hacı Nuri rövzəxanlığın şəraiti barədə yazdığı kitabda bunları qeyd edir:
"Rövzəxanlığın da şərtləri var, məddahlığın da şərtləri var, sinəzən növhəsi oxumağın da şərtləri var. Bu işləri görənlər, yazanlar və oxuyanlar ehtiyatlı olsunlar. İslam maarifinə tam uyğun şəkildə danışsınlar ki, bu sinəzənlik, bu rövzəxanlıq və bu növhəxanlıq xalqın İslam düşüncələrinin zirvəsinə doğru yüksəlişi üçün bir addım olsun. Bu gün bizə bu lazımdır. Nahaq sözlərdən, səhv mətləblərdən, nalayiq işlərdən və məzhəbə hörmətsizlik sayılan, həqiqətən də Hüseyn ibn Əlinin (ə) mərasiminə yaraşmayan bəzi işlərdən çəkinməyə çalışmalıdırlar."