02 Noyabr 2025 - 2
Döyüş son həddə şiddətlənmişdi. İmamın yoldaşları meydana çıxır, bir neçə nəfəri öldürür və özləri də şəhadətə çatırdılar. İmam onların cənazəsini götürüb xeyməyə aparırdı.
Qəfildən böyük səhabə Əbu Səmamə Saidi dedi: "Ağa! Biz də tezliklə əzizlərimizə qovuşarıq. Sizinlə birlikdə daha bir namaz qılmaq istəyirik."İmam göyə baxıb buyurdu: "Elə namazın vaxtıdır. Sən namazı yada saldın, Allah səni namaz qılanlardan qərar versin." İmam bu sözləri elə bir şəxsə deyirdi ki, həmin şəxs bir saatdan sonra şəhid olacaqdı! O, Həbib ibn Məzahirlə bir cərgədə dayanmış şəxsiyyət idi! Doğrudan da, namazqılan dərəcəsi çox uca bir məqamdır. Məhz bu səbəbdən əziz təbliğçilərimiz və ruhani qardaşlarımız aşura günü günorta əzadarları namaza dəvət edirlər. Yəni hamı İmam Hüseynə (ə) iqtida etsin!
Əliəsğər Səffar Hərəndi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto