21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlara ümumi tövsiyələr
08.03.2018

Əzadarların təşkil etdiyi bu proqramlarda əzadarlıq və İmam Hüseynə (ə) sevgi üzündən bir sıra işlər görürlər. Kimsə onlara bir söz deyəndə cavabıda eşidirlər ki, İmam Hüseyn (ə) əzadarlığı eşq üzündəndir, fiqh yox. Yəni bunlar daha irəli gedirlər. Deyirlər ki, bu fiqh hökmləri, bu dini vacib və haramlar orada işləmir. Hərçənd, biz əzadarınməqamının çox yüksək olduğunu qəbul edirik. Ağanın təbiri ilə desək, əzadarlıq savab işlərin ən üstünüdür və bu qədim əzadarlıq ənənəsi mövcud ənənəvi qaydada, xurafatlardan və nalayiq işlərdən uzaq keçirilməlidir. Amma əzadarlıqla savab qazanmaq istəyən insan öncə bilməlidir ki, fiqh hökmləri bir kənara qoyula bilməz. Necə olur ki, İmam Hüseyn (ə) özüAşura günü günorta düşmənin mühasirəsində, nizə-qılıncının əhatəsində ilk vaxtda namazını qıldı. Həm də camaatla birlikdə qıldı. Yəni bizə göstərir ki, şəriət hökmləri, əmr və qadağalar hətta ən ağır vəziyyətdə kənara qoyula bilməz. Son anlarına qədər tövsiyəsi bu idi ki, qadınlar çadırlardan çıxmasınlar. Hətta düşmən də anlamışdı ki, İmam Hüseyni (ə) yalnız çadırlara hücum sarsıda bilər. Yəni orada artıq tab gətirə bilməz. Yəni artıq məhrəm-naməhrəm məsələsi var.

Odur ki "eşq üzündəndir və (burada) fiqh keçərli deyil" ifadələri tam yanlışdır. Fiqh hökmləri hər yerdə və hər vəziyyətdə keçərlidir. Diqqət və riayət olunmalıdır ki, Allah etməmiş, əzadarlıq haram işlərin görülməsinə səbəb olmasın. Məsələn, məhrəm və naməhrəm qarışmasın, insanların haqqı tapdanmasın, ictimai narahatlığa səbəb olmasın. Bundan başqa, vacib əməllər tərk olunmasın. Məsələn, namaz tərk olunmasın, sübh namazı qəzaya qalmasın. Son olaraq bir məsələni də qeyd etmək istəyirəm. Əzadarlar əza məclislərində iştirak edir, növhə oxuyur, sinə və zəncir vururlar. Bütün bunlar nə üçündür? Savab qazanmaq üçündür. Əgər bir əmələ şübhə etsək, yəni savab olub-olmadığı aydın olmasa, bu zaman ağıllı adam nə edər? Şübhəli məqamı bir kənara qoyar. Savab olduğuna əmin olduğu işin ardınca gedər. Odur ki əzadarlıqlarınızda ümumiyyətlə, böyük mərcə təqlidlərinin və Ali Dini Rəhbərin tövsiyələrini dinləyin. Bayağı və gülünc işlərdən, dinin zəifləməsinə səbəb olan işlərdən, düşmənlərin sui-istifadə etdiyi işlərdən, müsəlmanlar arasına ixtilaf və təfriqə salan əməllərdən çəkinin. Özünüzə, İmam Hüseynə (ə) və imamlara (ə) yaraşan ağır və vüqarlı əzadarlıq keçirin. Əmin olun ki, savab qazanacaqsınız. Əzadarlıqda şübhəli işlərdən, yəni haram olmasına şübhə etdiyiniz və ya ümumiyyətlə, savab olub-olmadığına şübhə etdiyiniz işlərdən çəkinin.

Ayətullah Xamenei