21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseynə (ə) əza saxlayanlara İmam Hüseyn özü şəfaət verəcək
13.03.2018

İmam Hüseyni (ə) öldürməklə ədalətin, mürüvvətin, insafın, vicdanın aradan getməyinin təməlin qoydular. Ona görə bu gün "insanlıq" ucuzlaşıb. Yəni insanlığın qayğısına qalan kəsləri öldürüblər. Buna görə biz ağlayırıq, buna görə biz şivən edirik ki, bəlkə öz qəflətimizdən özümüzü ayıldaq. Əhli-sünnə alimlərindən Beyhəqi (bunda 17 alimin rəyi var) öz kitabında yazır ki, İmam Hüseynə (ə) Peyğəmbər (s) ağayıb. Ay müsəlman! Sən necə müsəlmansan ki, İmam Hüseynə əza saxlamağa irad bildirirsən, İmam Hüseynə ağlamağı günah bilirsən və yaxud da bidət bilirsən. Bəlkə sənin islamdan xəbərin yoxdur, bəlkə sən maraqlanmamısan ki, Allah elmindən xəbəri olanlar Allahdan danışa bilər. Allah Cəbraili (ə) nazil etdi dedi ya rəsulallah, de Fatiməyə (ə) ağlamasın. Mən Fatiməyə bir müjdə hədiyyə edirəm. Həzrət Zəhra buyurdu o nə müjdədir ki, mənim balamı əvəz etsin. Cəbrail buyurdu, Allah izzəti cəlalına vədə verir ki, əgər hər kəs sənin balan Hüseyni ziyarət edə, göz yaşı tökə, əza saxlaya, şəhadətinin mahiyyətini dərk edə, şəhadət xəttin saxlaya Allah ərşi-əlada Hüseynin qanını şəfaət edəcək onun günahlarına. Budur İmam Hüseynin məqamı. Budur İmam Hüseynin əzası. Bundan bizi məhrum etsələr amandır aldanmayaq, amandır agah olaq. İmam Hüseynin əzasına gəlmək özü Allah məclisinə gəlmək deməkdir.

Getsə hər kim sidqinən, birdəm Hüseynin yasinə
Zərrəcə dəyməz cəhənnəm atəşi əzasınə.

Nuhbala Rəhimov