21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlıq məclisləri üçün əlimizdən gələni əsirgəməməliyik
04.09.2018

Məhərrəmlik ayı Əhli-beytin müsibət ayıdır. İmam Rza (ə) buyurur ki, bu ay gələndə atamı gülən görməzdik. Həmişə hüzn və müsibət içində olardı. İmam buyurur bu ayda sizə bir müsibət baş verdisə Hüseyn (ə) üçün ağlayın. Öz müsibətini yaddan çıxart, İmam Hüseynə ağla. Həm Allah sənə savab yazacaq, həm də sənin mənəviyyatın kamilləşəcək. İmam Hüseyn insan mənəviyyatının kamilləşməsi üçün və insanın qabağa getməsi üçün ən vacib amillərdən biridir.

Hüseynin (ə) məhəbbəti hər bir möminin qəlbində olmalıdır. Həzrət Məhəmməd (s) peyğəmbər buyurur: "Möminlərin qəlbində Hüseynə aid elə bir məhəbbət var ki, o orada gizlənib və məhəbbətin şöləsi heç vaxt sönməz." Məhərrəmlik ayı, insanın o məhəbbəti izhar etmək ayıdır. İnsan bu ayda öz məhəbbətini bildirməlidir və izhar etməlidir. Bu ayda kim nə bacarırsa etməlidir, söhbət etməklə, rövzə deməklə, mərsiyə oxumaqla, mal-dövlət xərcləməklə və hər bir şəkildə, hər bir tərzdə kim nəyi bacarırsa öz məhəbbətini gərək izhar etsin, gərək İmam Hüseynin yolunda sərf etsin. Öz vaxtını gərək qıyasan, sərf edəsən bu əzadarlıq məclisində iştirak edəsən, məscidlərdə iştirak edəsən, rövzələrdə, mərsiyələrdə iştirak edəsən, sinə vurasan. Bu ay möminin öz məhəbbətini İmam Hüseyn (ə) üçün izhar etmək
ayıdır.

Samir Ağayev