03 Noyabr 2025 - 3
Həzrət Peyğəmbər (ə) səfərə çıxırdı. Birdən dayandı və buyurdu: "İnna lillah və inna ileyhi raciun", sonra ağladı. Dedilər ya Rəsulullah niyə ağlayısınız? Buyurdu: Cəbrayil (ə) mənə Hüseynin (ə) şəhadətindən danışdı və başların necə nizələrə vurulduğunu mənə göstərdi".
Peyğəmbərə qaranlıq olmaz ki... O göyləri gəzmiş biridir. Həzrət səfərdən qayıdandan sonra minbərə çıxanda Hüseyni özü ilə apardı. Peyğəmbər minbərdə əlini qoydu Hüseynin başına, başladı həmin hadisəni danışmağa. Buyurdu, bu dediklərim Hüseynin barəsindədir. Deyirlər məsciddə camaat ağlamağa başladı. Rövzə nəyə deyirlər? Rövzə elə ona deyirlər ki, birininin müsibətindən danışalar o birilər də ağlaya. Sonra peyğəmbər ağlayanlara buyurdu: "İndi ağlayırsınız amma o gün kömək etməyəcəksiniz". Ondan sonra peyğəmbər orada da dedi: "Mən sizin aranızda iki şeyi əmanət qoyub gedirəm. Biri Əhli-beytimdir, biri də Allahın kitabı".
Əli Əkbər Ocaq Nejat
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto