21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Quran əza saxlamaq barəsində nə deyir?
05.04.2018

Ümumiyyətlə duyğulanmaq insan hislərindən biridir. Buna kimsə etiraz edə bilməz. Yaqub peyğəmbər övladının uzaqlığına, ona edilən zülm qarşısında nə etdi? Hüzn çəkdi, kədərləndi, illər boyu ağladı və hətta gözləri tutuldu. İncə məqam bundadır ki, o, sırf övlad itkisinəmi ağladı? Övladının ayrılığınamı bu cür etdi? Quran ayəsində deyir ki, sizə bir itki üz verəndə, övladınızı ititrəndə, malınızı itirəndə bilin ki, bu Allahdandır. Səbrli və dözümlü olun. Digər dərəfdən görürük peyğəmbərin tarixində belə bir hadisə baş verib. Yaqub peyğəmbər övladına görəmi qəm-qüssə çəkirdi yoxsa dövrün peyğəmbərinə, imamına öz qardaşları, doğmaları tərəfindən edilən zülmə görəmi?

Peyğəmbərimizin və imamlarımızın həyatında, əzadarlıq olubmu onlar da kədərləniblərmi? Bəli! Peyğəmbər də övlad itkisinə kədərlənib. Xüsusilə İmam Hüseyn üçün əza saxlamaq ağlamaq məsələsində biz hədislərə müraciət etməliyik. Məsələn müraciət mənbəyi olaraq "Biharul-Ənvar"ın ziyarət bölümü var, "Vəsaul-Şiə" kitabının ziyarət bölümü var. Və bizim fiqhimizin bir çox istinad mənbəyi olan kitabların ziyarət bölümündə İmam Sadiqdən, İmam Baqirdən, İmam Rzadan tövsiyələrdən əlavə, əməli olaraq məclislər quraraq məddahlar çağırılıb, mərsiyə, növhələr oxutdurublar. Yəni imamlar da şəhidlərin şəninə yazılan mədhlərdən oxutdurub, onların fəzilətlərindən və onların müsibətlərindən növhələr oxutdurub, ağlayıblar.

Mətanət Hüseynova