23 Noyabr 2024 - 23
İmam Hüseynin (ə) əzadarlığını 5 faydada cəmləşdirmək olar. Kim Məhərrəm ayında əzadarlığa gedə, Allah ona beş nemətdən birini və ya beşini də verər. İslam maarifinə görə, İmam Hüseynin əzadarılığının birinci faydası budur ki, Allah əzadarların günahını bağışlayar. Yəni hədislərə diqqət etsək deyir ki, kim Hüseynə ağlasa qiyamətdə onun gözləri ağlamaz. Bu o deməkdir ki, günahsız olan bəndə qiyamətdə ağlamaz.
İmam Hüseynin əzadarlığının birinci faydası budur ki, günahkar bəndəni Allah bağışlayar. Necə ki, Allah çoxlarının günahını bağışlayıb.
İkinci faydası ki, islam maarifinə diqqət edəndə biz görürük kim İmam Hüseynə əzadarlıq etsə, yas saxlasa Allah ona çoxlu savab yazar. Hədislərdə deyilir kim İmam Hüseyn (ə) əzadarlığında iştirak etsə və İmam Hüseynin hədəflərini dirçəltmək istəsə Allah ona həcci ziyarət etmiş birinin savabını yazar. Həccin dəyərini çox müsəlmanlar bilirlər ki, kim həccə getsə Allah onu dünyaya yeni gəlmiş şəxs kimi təmizləyər və Allah onu hidayət edər.
Üçüncü fayda əzadarlıq haqqında çox dəyərli faydadır. Kim Əhli-beytə və eləcə də İmam Hüseynə əzadarlıq saxlasa Alah onun aqibətini xeyir edər.
Dördüncü fayda İmam Hüseyn əzadarlığında müsəlmanlar üçün müjdədir. O da budur ki, biz öz əməllərimizlə İslamın qorunmasında bir addım atmış oluruq. Bu bizim xoşbəxtliyimizdir ki, İslamın qorunmasında biz nəsə edə bilirik. Necə ki, həzrət Peyğəmbər (s) buyurdu: "Hüseyn məndəndir mən də Hüseyndən". Hüseyn mənim nəvəm, mən də ondanam. Yəni mən də Hüseynin tərəfdarıyam. Mən də Hüseynin bu addımını təsdiqləyirəm. Mənim dinimi Hüseyn saxladı. Necə Peyğəmbər İmam Hüseynin bu addımını təsdiqlədi və dedi mən Hüseyndənəm, inşallah bu hədis qiyamətdə bizə də aid olar ki, biz islamın qorunması üçün əzadarlıq edirik. Bu ən böyük faydadır ki, qiyamət günü peyğəmbər deyə ki, sizdə məndənsiniz məndə sizdənəm. Bu ən dəyərli faydalardandır.
Və sonuncu beşinci fayda əzadarlıqda insanların duası qəbul olar. Yəni əzadarlıq elə bir mərasimlərdir, elə bir təşkilatçılıqdır ki, burada Allahı və Allahın nəzərdə tuttuğu məqsədlər dirçəlir. Əgər biz Allahın istədiyi kimi istəyiriksə İslam dini yayılsın, Allah da bizim istəklərimizi -hikməti olsa- verəcək və qəbul edəcək.
Yusif Əliyev