03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Həqiqi olmayan əzadarlıq
13.04.2018

Bir vaxtlar xalqın hisslərini çaşdıra biləcək şerlər və kitablar yazıldı. İmam Hüseynə (ə) ağlayan kəsin Behişt və ilahi rəhmətlə mükafatlandırılacağını bəyan edən səhih hədislərə o qədər yer verildi ki, qiyamın əsas məqsədi yaddan çıxdı.

Əfsus ki, altmış-yetmiş il əvvəl rövzə yaratmaq adlı bir peşə vardı. Həmin vaxtlar hətta Kərbəlada baş verməmiş bir əhvalatı nəql etməklə xalqı həyəcana gətirə bilmək hünər sayılırdı. Biz hələ olanda (müəllif) belə deyirdilər: "Filankəs heç bir kitabda olmayan rövzələr oxuyur."

Demək, heç bir kitabda olmayan əhvalatı danışmaq fəzilət və kamal sayılırdı. Görün, həqiqətən nə qədər uzaq düşüblərmiş!

Əbi-Əbdillahın qiyamı Allah dininin hifzi və haqq sözün bəyanı üçün baş vermişdi. Necə ola bilər ki, özünü imam tərəfdarı sayan şəxs aşura əyyamında xalqın başını yalanla qatsın?!

Böyük alim Əllamə Hacı Mirza Hüseyn Nuri – Ustad Mühəddis Qummi ("Məfatihul-cinanın" müəllifi) "Lölöi-mərcan" kitabında yalan xəbərlərə görə minbər əhlindən bəzilərini məzəmmət etmişdir. Ustad şəhid Mütəhhəri də aşuranın təhrifi ilə bağlı söhbətlərində bu məsələni araşdırmışdır. Kərbəla hadisəsi mövzusunda yazılmış bir çox şerlərdə həqiqətdən əsər-əlamət yoxdur.

Xatırlayıram ki, təziyələrdə Şimrin rolunda pəhləvan cüssəli biri, Əbül-Fəzl Abbasın rolunda isə cansız bir adam çıxış edərdi. Onlar meydana gəldikdə Əbül-Fəzl ah-nalə çəkər, Şimr isə fəryad qoparardı. Hansı ki, həzrət Əbül-Fəzl Kərbəla səhrasında təkbir dediyi vaxt şimrlərin ayaqları əsərdi. Səhih rəvayətlərdə nəql olunur ki, Şimr ibn-Ziyada demişdir: "Əgər Əbül-Fəzl Abbası Hüseyn ibn Əlidən ayıra bilsək, işimizi çox tez başa çatdırarıq. Mənə icazə ver, ona bizim tərəfə keçməyi təklif edim."

Əliəsğər Səffar Hərəndi