21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

"Kaş diriləydim, gələydim, Hüseynə əza saxlayanların içərisində olaydım"
17.04.2018

Əzadarlıq çox mühüm məsələdir. Bir nəfər İmam Hüseynin (ə) qoşununun ən qoca şəxslərindən biri Həbib ibn Məzahiri yuxuda gördü. Yuxuda Həbibə dedi: xoş sənin halına ki, həm Peyğəmbərin, həm İmam Əlinin, həm də İmam Həsənin yanında olub onlara itaət etdin. Sonda da İmam Hüseynin Kərbəlasında, Aşurasında şəhid oldun. Daha bundan başqa nə arzun olardı? Həbib röyada deyir: "Yox! Bundan sonra da bir arzum var idi. Kaş diriləydim, gələydim, Hüseynə əza saxlayanların içərisində olaydım, o savabı da qazanaydım. Peyğəmbərdən eşitmişəm ki, hər kəs İmam Hüseynə əza saxlayıb ağlaya o məclisdə iştirak edə Allah yüz min şəhidin savabını yazar."

Görün əzadarın məqamı necə böyükdür. Həbib ibn Məzahir deyir mən bir şəhidəm. Amma əzadarlıq etməklə yüz min şəhidin savabın qazanmaq istəyərdim.

Bir böyük alim yuxuda görür ki, bir qəbiristanlıq əhli bağışlandı. Oranı nur şəklində gördü. Dedilər bu nəyə görədir? Dedi, bu gecə möminə, Əhli-beyti sevər, İmam Hüseyn sevər bir xanım dünyasını dəyişib. İmam Hüseyn (ə) onun qəbrinin ilk gecəsində ora daxil oldu və ona şəfaət edərək xüsusi qəmini aradan apardı. İmam Hüseynin qədəmi bu qəbiristanlığa dəydiyinə görə bütün qəbiristanlıq əhli rəhmətə qərq oldu, bağışlandı. Bizim belə bir imamımız var.

Deyir yuxudan ayıldım və fikirləşdim k, görəsən dünən gecə kim dünyasını dəyişib. Axtardım gördüm həmən şəhərdə bir nəfər dəmirçi kişi var, rəhmətə gedən onun xanımıdır. O qəbiristanlıqda onu basdırıblar. Gəldim o dəmirçinin yanına ondan soruşdum ki, sənin xanımın dünən dünyasını dəyişib? Dedi, bəli! Dedim onun nə əməlləri var idi? Dedi onun əməllərindn biri bu idi ki, gecələr İmam Hüseyn üçün ağlayardı, İmam Hüseynə (ə) salam verərdi, İmam Hüseynin "Ziyarəti Aşura"sını oxuyub yatardı. Alim deyir, (böyük ehtimal) bu səbəb oldu ki, bütün qəbiristanlıq əhli bağışlandı.

Əziz Nəbiyev