21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Təhrif haradan qaynaqlanır?
27.04.2018

"Təhrif" hərf sözündəndir və bir şeyi öz istiqamətindən və təbii axarnıdan azdırmaq və əymək mənasında işlənir. Təhrif iki növdür, söz, forma və görünüş baxımından olan təhrif bir də mənəvi və ruhi təhrif necə ki, müğalitə sənəti (başqalarını sözlə səhv düşüncəyə sürükləmək, səhv dəlillər göstərərək başqalarını çaşdırmaq) də iki qismdir: söz və mənəvi. Təhrif və müğalitə tarixi keçmişə malikdir.

Təhrif növ baxımından iki hissəyə, söz və mənəvi hissəyə bölündüyü kimi, amil - yəni təhrif edən baxımından da iki yerə bölünür, ya dostlar tərəfindəndir, yəni onun mənşəyi ya dostların cəhalətidir, ya da düşmənlərin ədavəti.

Bu mövzu, yəni təhrif olunan məsələ baxımından da bir neçə qismə bölünür, ya hər hansı bir fərdi və əhəmiyyətsiz məsələdən irəli gəlir, məsələn, xüsusi bir məktub haqqında ya hansısa dəyərli ədəbi əsər haqqında ola bilər, ya bir ictimai– tarixi sənəd haqqındadır, İskəndəriyyədə kitab yandırılmasının uydurulması kimi, yaxud da hansısa bir əxlaqi, tərbiyəvi və ictimai sənədə aiddir.


Mürtəza Mütəhhəri