03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Aşura dərsləri bizə nə öyrədir?
08.05.2018


Aşura öyrədir ki, dini qorumaq üçün fədakarlıq göstərmək lazımdır. Öyrədir ki, Quran yolunda hər şeydən keçmək lazımdır. Öyrədir ki, haqq və batilin döyüş meydanında kiçik və böyük, qadın və kişi, qoca və gənc, görkəmli və adi, imam və rəiyyət hamılıqla bir sırada dururlar; öyrədir ki, bütün zahiri gücünə rəğmən, düşmənin cəbhəsi olduqca zəifdir. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirlərinin karvanı sayəsində Kufədə iflasa uğradı, Şamda iflasa uğradı, Mədinədə iflasa uğradı və nəhayət bu hadisə Süfyani cəbhəsinin məhvi ilə nəticələndi.

Aşura öyrədir ki, dini müdafiədə insan üçün hər şeydən artıq agahlıq lazımdır. Agah olmayanlar aldanırlar. Agah olmayanlar özləri də bilmədən zalım cəbhəsinə keçirlər. Necə ki, İbn Ziyadın cəbhəsində fasiq və günahkar olmayan, lakin avam olan insanlar da vardı.

Bunlar Aşuranın dərsləridir. Sözsüz ki, bu dərslər bir xalqı zillətdən izzətə çatdırmağa yetər. Bu dərslər küfr və imperializm cəbhəsini məğlub edə bilər. Bunlar həyatı islah edən dərslərdir.

Aşura dərsləri fədakarlıq, dindarlıq, şücaət, xeyirxahlıq və Allah üçün qiyam dərsidir, heç bir zaman çərçivəsində həbs olunmayan canlı, əbədi və həmişəyaşar məhəbbət və eşq dərsidir

Ayətullah Xamenei