21 Noyabr 2024 - 21
Həzrət peyğəmbər buyurur ki, qiyamət günündə bütün gözlər ağlayacaq, yalnız 3 gözdən başqa. Peyğəmbərdən soruşdular ki, o hansı gözlərdir ağlamaz? Peyğəmbər buyurdu: "Birinci o gözlərdir ki, Qədr gecələrində oyaq qalar, ikinci o gözlərdir ki, Allah qorxusundan ağlayır və üçüncü o gözlərdir ki, İmam Hüseyn üçün ağlayar".
Həqiqətən də xoş olsun o möminlərin halına ki, bu gün İmam Hüseyn (ə) əzasındadırlar. İmam Hüseynə "ləbbeyk" deyiblər. Həzrət Zəhranı, həzrət Əlini tək qoymurlar. İmam Hüseynin yasında əyləşib ona əza saxlayırlar.
Əgər qiyamət səhnəsinə diqqət etsək, qiyamət günündə İmam Hüseyn (ə) əzadarlarına olan böyük rəhməti görərik. Hədisdə var ki, Qiyamət günündə Xanım Zəhra (ə) yetmiş min mələyin əhatəsində daxil olar məhşərə və bir təyin olunmuş mələk nida edər: "Ey məhşər əhli başınızı aşağı salın peyğəmbər qızı Zəhra gəlir".
Hədis belə buyurur ki, bütün məhşər əhli ixtiyarsız başını aşağı salar. Və Xanım məhşərin uca bir yerinə çatdıqda dayanar. Məmur mələk nida edər ey peyğəmbər qızı daxil ol cənnətə. Xanım getməz, mələk bir də eyni nidanı edər. Hədis eynilə belə buyurur xanım behiştə girməz və soruşarlar nə istəyirsən? Xanım Zəhra (ə) belə buyurar: "Qızım Zeynəbin, oğlum Hüseynin əzadarları behiştə daxil olmayınca mən behiştə girmərəm".
Və xanıma belə nida olar ki, məhşər əhli arasından Hüseynivin əzadarlarını seç apar behiştə. Hədisdə var ki, İmam Hüseynin əzadarları üzlərinin nurundan bəlli olar.
Elamin Əsədov