21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mərhum Ayətinin nəzərində təhriflərin qarşısını alan əsas amil
18.05.2018

Mərhum Ayəti "Aşura tarixinin araşdırılması" adlı beşinci çıxışında deyir: "...Əhli-beytin əsir getməsi Aşura hadisələrindəki həqiqətin xalqa deyilməsi və həqiqətin saxtalaşdırılmasına qarşı böyük bir amil idi".

Altıncı çıxışında, səhifə 151-də deyir: "Diqqət etmək lazımdır ki, Hüseyn ibn Əlinin (ə) hərəkatı bir çox tarixi dönəmlərə nisbətən təhrifdən salamat qalmış və qorunmuşdur". Xüsusilə, bu tarixi dönəmin, hadisəni faciəvi baxımdan mütaliə edənlərin nəzərində faciəvi olması və onun, hadisəyə yanaşaraq başqa cür mütaliə edənlərin nəzərində əzəmətli, xatirəsi əziz tutulan və ehtiramı qorunmalı olan bir hadisə kimi canlanması onun ən kiçik detallarının böyük əzmkarlıqla qeyd edilməsinə səbəb olub. Deməli, hadisənin xırdalıqları nəql olunmuş və qeyd edilmişdir. Elə bu cəhətə görədir ki, ikinci, üçüncü və dördüncü (qəməri) əsrlərdə yaşamış Təbəri, İbn Vazeh (Yəqubi), Şeyx Mufid, Əbül-Fərəc İsfahani və bunlar kimilər hadisələrin xırdalıqlarını etibarlı ravilərdən nəql etmişlər.

Mərhum Ayəti həmin mənbədə israr edir ki, İmam Əli ibn Hüseyn ola-ola Əhli-beyt qadınlarının müxtəlif fürsətlərdə xütbə oxumağa və çıxış etməyə əzmi hamılıqla bunun üçün olub ki, Kərbəla hadisəsinin təhrif olunmasına mane olsunlar. İstər söz təhrifi, istərsə mənəvi təhrif və onlar bu hadisənin saxtalaşmasına və təhrif edilməsinə imkan verməmək istədilər. Baş vermiş hadisələrin əslini xütbə və çıxış formasında bəyan etdilər və imamın məqsədini açıqlayıb şərh etdilər.


Mərhum Ayəti 9-cu çıxışının başlanğıcında Əhli-beytin xütbə və sözlərinin dəyərinə işarə edərkən deyir: "Bu gün Kərbəla hadisəsi imamın və Əhli-beytin Məkkədə, Hicazda, İraq yolunda, Kərbəlada, Kufədə, Şamda və Mədinədə etdiyi çıxışlardan onun-bunun suallarına verdikləri cavablardan, İmamın və səhabələrinin Aşura günü düşmən qabağında oxuduğu rəcəzlərdən, İmam ilə Kufə və Bəsrə əhalisi arasındakı məktubların üzündən, Yezidin ibn Ziyada yazdığı məktudan, ibn Ziyadın Yezidə və Ömər Sədə yazdığı məktublardan və ibn Ziyadın Mədinə hakiminə yazdığı məktubdan, (və bütün bunlar mötəbər tarixlərdə qeyd olunub, gələcək nəslin də əlinə çatacaq və həmişə qorunacaq) bütün bu sənədlərdən istifadə edərək Aşura hadisəsini baş vermiş bütün xırdalıqlarına qədər şərh və vəsf etmək olar, daha heç bir başqa sənəd və qaynağa ehtiyac yoxdur."


Mürtəza Mütəhhəri