23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əzadarlığın əsl mahiyyəti
24.05.2018

Kərbəla qəhrəmanlarına yuxarıdakı üç yönümdən nəzər salmaq səmimi göz yaşlarını ərməğan gətirir. Üstəlik, diqqət yetirmək lazımdır ki, onlar Peyğəmbər (s) və Əli (ə) övladları, məhəbbətləri vacib buyurulan Əhli-beyt (ə) üzvləridirlər.

İmam Hüseyn (ə) əzadarlığı, bu müsibətçün ağlamaq, sinə vurmaq, məlum şəhid və əsirlərin məzlumluqlarını, onların Allah qarşısında aşiqanə təslimçiliklərini xatırlatmaqla yanaşı, həm də insanlara mübarizə ruhu aşılayır. Hər il məhərrəm təziyəsini qeyd edən millət Aşura qiyamının səbəblərini təkrar-təkrar eşidir, zülmə və təcavüzə qarşı barışmazlıq dərsini öyrənir.

İmam Hüseyn (ə) öz qiyamı və şəhadətilə insanlara anlatdı ki, batil aşkar olduğu zaman haqqın onunla sülhə girməsi düzgün deyildir! İmam Hüseyn (ə) şəhid oldu ki, biz əsl İslamdan xəbərsiz olmayaq, münafiqlərin yalanlarına uymayaq, zalımlar əlində oyuncağa və istismarçılar qabağında yemə çevrilməyək.
İmam Hüseyn (ə) əzadarlığı Aşura məktəbinin daima xatırlanması, insani dəyərlərin təbliğ olunmasıdır. İmam Hüseyn (ə) əzadarlığı zalım və təcavüzkar əleyhinə fəryad qaldırmaq, Yezid və onun tərəfdarları əleyhinə nifrət hisslərinin, Hüseyn (ə) və onun tərəfdarlarına qarşı ülvi duyğuların təhrik olunmasıdır. Bu əzadarlıq Aşura məktəbinin dirçəldilməsi, onun ideyalarının davam etdirilməsidir; əlbəttə, əgər üçrəngli olub, hadisənin bütün cəhətlərini əhatə etsə.