23 Noyabr 2024 - 23
1) İmam Hüseynin(ə) səhabələrinin bəsirət və agahlığı
İmam Sadiq(ə) əmisi Abbas (ə) barədə buyurur:
"و کان عمنا ا لعباس نافذ البصیره و صلب الایمان"
"Bizim əmimiz Abbas çox agah,dərin baxışlı və möhkəm imanlı idi."
"نافذ البصیره"
– "çox agah","çox bəsirətli", "haqq və batili ayırd edən","haqqın tələbinə əməl edən" mənasındadır.
Həzrət Qasim(ə) bəsirət və agahlığın digər bir nümunəsidir.O uca hədəf yolunda ölümü "baldan daha şirin" bilir…
Həbib ibn Məzahir və Müslim ibn Övsəcə agahlıq,bəsirət və uzaqgörənliyin bir başqa nümunələridir.Məşhur nəqlə əsasən bu iki şücaətli igid hətta evlərinə belə getmədilər və imamın(ə) gəlişi məktubu onların əllərinə çatanda tələsik və qısa yolla özlərini imama(ə) çatdırdılar.
2) Kərbəlada iffət və hicab
Xeymələri yandırıb onlara hücum edən zaman uşaq və qadınların hərəsi bir tərəfə qaçdılar.Bu zaman Fatimə binti Hüseyn(İmam Hüseynin(ə) böyük qızı)üzü üstə yerə yıxıldı və özündən getdi.Özünə gəldiyi vaxt bibisi ümmü Gülsümü başının üstündə gördü.İlk olaraq bibisindən üz örtüyü,niqab və ya ondan çəkib aldıqları(və ya özü yerə düşmüş) bir örtüyü istədi və dedi:Bibican,bir şey ver,üzümü ya başımı örtüm.(Bizim nəzərimizcə üz daha düzdür.) Bibisi cavab verdi:"عمتک مثلک" "(Bibinin də)sənin kimi(örtüyü yoxdur)" Sonra bir yerdə ağlamağa başladılar.Bu səhnədə ən mühüm nöqtə bu böyük və şəxsiyyətli xanımların hətta ən çətin şəraitdə belə iffəti qorumaları və hicaba əhəmiyyət vermələridir ki,dövrümüzün və hər bir zamanın xanımları üçün nümunə və ibrətli bir dərs ola bilər.
3) Zamanın imamını tanıma,inanma və möhkəm güvən
Züheyr ibn Qeyn (İmam Hüseynə(ə) xitabən) deyir:"Əgər yüz dəfə öldürülsəm və yenidən dirilsəm,sənin üçün və sənin yolunda döyüşəcəm."
Bu söz imamı(ə) kamil tanımaqdan və ali hədəfə imandan başqa bir şey deyil.Amma bunun müqabilində bəziləri zamanın imamını "Möminləri azdıran" adlandırırdılar və imam Həsənin(ə) sülhünə etiraz edib nalayiq sözlər danışırdılar.Halbuki imam Həsən(ə) və imam Hüseyn(ə) hər bir halda(qiyam və qeyri-qiyam halında) onların rəhbərləri idi.İmamlara olan inam,mərifət və güvənlərinə əsasən onlar qeyd-şərtsiz öz rəhbərlərinə itaət etməli və bilməli idilər ki,imam(ə) həm rəftarda,həm də danışıqda məsumdur…
4) Məhəbbət və mehribanlıq
İmam Hüseynin(ə) qızı Həzrət Səkinə(s) ilə vida səhnəsi çox ürəkyandırıcıdır.İmamın(ə) işlətdiyi ifadələr onun məhəbbət və mehribanlığının zirvəsinin göstəricisidir.Həzrət Səkinə(s) atasıyla vidalaşarkən və onun getdiyi üçün ağlayanda İmam(ə) da ağlamağa başlayır və məhəbbət dolu səmimiyyətlə buyurur:"Qızım,daha ağlama və qəlbimi yandırma" Ravi deyir:"Ata və qızı bir-birini elə qucaqlayıb vidalaşdılar ki Həzrət Səkinənin(s) ağlamağı dost və düşmənləri ağlatdı"
Qaradərili qulun İmamdan(ə) icazə istəməsi və imamın icazə verməməsi səhnəsi də gözəldir.Qulam (döyüş izni verilmədikdən sonra imama) dedi:"Pis qoxulu və qaradərili olduğum üçün icazə vermirsən?" İmam(ə) ağladı və döyüş üçün icazə verdi.Həmin qulun şəhadətindən sonra onu elə bağrına basıb qucaqladı ki,sanki imamın(ə) əziz övladlarındandır.Bu səhnələr Kərbəlada olan məhəbbət və mehribanlıqdan sadəcə iki nümunədir
5) Ali hədəf uğrunda hisslərin idarəolunması
Həzrət Zeynəb(s.ə) imam Hüseynə(ə) çox bağlı olmağına və həyatda ən əziz insanının-yəni imamın(ə) başına gələnlərə baxmayaraq,imam Hüseynin(ə) göstərişi ilə özünü kontrol edir və xeyməyə qayıdır.Və Kərbəla hadisəsindən sonra bir neçə şəhid bacısı,şəhid anası və şəhid bibisi olmasına baxmayaraq möhkəm və dözümlü halda əsirlər karvanına başçılıq edir…
6) Kərbəlada uşaqlara diqqət
İmam Hüseyn(ə) döyüşün hətta ən qızğın çağında belə ailəsini düşünür,övladlarını atalıq hissindən məhrum etmirdi.Qızı Səkinə(s) ilə vidalaşması buna misaldır.Bundan daha maraqlısı imamın(ə) ailənin ən kiçik üzvü Əliəsğərlə(ə) vidalaşmasıdır.Həzrət(ə) onunla da ailəsinin böyük üzvləri ilə sağollaşdığı kimi vidalaşır.Onu öpür və möhkəm bağrına basır.Bu bir islami yaşayış tərzidir.
7) Hidayət ilahi bir nemətdir
Hidayət elə bir ilahi nemətdir ki,hər kəsin onu qəbul etməyə ləyaqəti yoxdur və hər kəsə bu tovfiq nəsib olmur.Buna görə də bəzən görürük ki imam(ə) şəxsən özü bir şəxsin xeyməsinə gedir və onu(doğru yola) dəvət edir,ancaq o hidayət olmur.Übeydullah ibn Hürr Cə’fi kimi…Ancaq digəri imamın(ə) kəsilmiş başını görməklə hidayət tapır.Şamın "Nəsibin" məntəqəsində kilsə rahibi yəhudi Yəhya buna misaldır.
8) Cəmiyyətdə agahlıq və bəsirətin çoxalmasında qadının rolu
Islam qadına öz həqiqi kimliyini qaytardı.Cahiliyyət dövründə digər təhrif olmuş dinlərin tərəfdarları qadına hər cür nalayiq nisbətlər verir və qadından əşya kimi istifadə edirdilər.Bunun müqabilində İslam qadına izzət və kəramət bəxş etdi və ona lazımi zamanda(şər’i qırmızı xəttləri qorumaq şərti ilə) kişi ilə çiyin-çiyinə ictimai işlərdə iştirak hüququ verdi.Həzrət Zeynəb(s.ə) bunun bariz nümunəsidir.Əgər onun Kufə və Şamda-İbn Ziyad və Yezidin məclisində bəsirətverici və agaglıq yaradan xütbəsi olmasaydı,bu gün Hüseyn(ə) və onun məktəbindən əsər-əlamət qalmazdı."Əgər Zeynəb olmasaydı,Kərbəla Kərbəlada qalardı…"
9) İmtahan meydanının araya gəlməsi necə də gözəldir…
Kufəlilər imam Həsənin(ə) qəhrəmancasına etdiyi sülhdən sonra,imam(ə) hələ diri olduğu halda İmam Hüseynin(ə) sorağına gedib onlara rəhbərlik etməsini istədilər.Müaviyənin(lən) cəhənnəmə vasil olmasından sonra yazılı və hüzuri şəkildə olan dəvətlər ən son həddə çatmışdı.12 minə yaxın(ən azı,şəksiz.Bəzi rəvayətlərdə 18 min və hətta 24 minədək məktubun yazıldığı deyilir.) məktub göndərmişdilər ki, gəl,ağaclar xurma verdi,buğdaların biçin vaxtı yetişdi,yəni hər şey sənin gəlişin üçün hazırdır.Bu dəvətlərdən sonra imam(ə) Müslüm ibn Əqili onlara sarı göndərdi və təxminən 18 min nəfər beyət etdilər,ancaq imam(ə) gəldiyi zaman onlardan yalnız 30 nəfərə yaxın insan öz əhdlərinə sadiq çıxdılar.
"Nə gözəldir imtahan meydanının araya gəlməsi və ikiüzlülərin üzüqara olması"
10) Söz və əməlin bir olması
Bu vəfasız qrupun müqabilində bəziləri də vardır ki,öz iddialarını əməldə isbat etdilər.Aşura gecəsi imam Hüseyn(ə) tərəfdarlarından beyəti götürəndə və onlara getmələrini dedikdə Abbas ibn Əli(ə) buyurdu:"Ey Əba Əbdillah,heç vaxt bunu etmərik və səni tənha qoymarıq.Allah səndən sonra bizi diri saxlamaz."Abbas Aşura günü axşam dediyi sözə əməl etdi və suyu içməyib özünə dedi:"Ey Abbas,Hüseyndən sonra sənin dəyərin yoxdu və istəmirəm ki ondan sonra diri qalasan."
Müəllif:Gelayeri Babolkenari
www.z-gelayeri.com