21 Noyabr 2024 - 21
Təhrif özü iki qismə bölünür. Bəzən sözlə olur, bəzən də mənəviyyatla. Sözlə və mənəviyyatla olunan təhriflər bəzən dostlar tərəfindən baş verir, bəzən də düşmənlər. Dostlar tərəfindən olunan təhriflər cahiliyyətdən irəli gəlir. Amma düşmənlərin etdiyi təhriflər ədavətdən irəli gəlir.
Məsələn Kərbəla hadisəsinin tarixini qadağan ediblər ki, bu hadisə olduğu kimi insanlara çatdırılmasın. Kərbəla hadisəsindən 50 və ya 60 il sonra bu hadisə insanlara aşılandı, çatdırıldı. Bu illər ərzində Bəni-Üməyyə hicrətin 40-cı ilindən 133-ci ilinə qədər hakimiyyətdə oldu. Bunlar hakimiyyətdə olduğu müddətdə istəyiblər ki, Kərbəla hadisəsini sözlə təhif etsinlər. Məsələn Kərbəla hadisəsindən öncə İmam Hüseyn (ə) Müslim ibn Əqili Kufəyə göndərəndən sonra Yezid bunu bildi və Müslim ibn Əqilin Kufədə fitnə yaratmağa gəldiyini yaymaq üçün xüsusi cəsuslar göndərdi. Bunu sözlə insanlar arasında yaydılar və Küfə əhlini Müslim ibn Əqilə, İmam Hüseynə qarşı çıxartdılar.
Tarixdə qeyd olunur ki, Ömər Sədə Rey hakimiyyətini vəd vermişdilər. Ömər Səd Kərbəla hadisəsindən sonra Yezidə namələr yazdı ki, siz söz vermişdiniz mənə Rey mülkünü verəcəksiniz. Bəs niyə sözünüzə əməl etmirsiniz? O ərəfələrdə də insanlar yavaş-yavaş qalxmağa başlamışdı. İmam Hüseynin şəhid olduğunu, peyğəmbər balalarının şəhid olduğunu və əsir olduğunu bildikləri zaman onlarda şücaət hissi oyandı. Bu zaman Yezid Ömər Sədə yazır ki, insan da Peyğəmbər balasını öldürər? İnsan da Peyğəmbər balasının başını kəsər? Ömər Səd dedi sən deməmişdin ki, Hüseynin başını göndər? Yezid yazdı ki, mən demişdim Hüseyni bu yoldan çəkindir. Amma insan Peyğəmbər balasının öldürməz. Bu zaman Ömər Səd xatırladı ki, dünyam da xəsarət içində oldu, axirətim də. Və o insanların ki, imanı olmasa, Allah qorxusu olmasa onlar hər zaman tarixi təhrif edərlər. Həmçinin Yezid də neçə illər ərzində səy göstərdi ki, Kərbəla hadisəsini təhrifə uğratsın.
Kərbəla hadisəsi təhrifə uğradıqdan sonra Abbasilər hakimiyyətə gəldi. Abbasilər hakimiyyətə gəlmək üçün Kərbəla hadisəsindən itifadə etdilər. Onlar bu cür təbliğat apardılar ki, Bəni-Üməyyə Peyğəmbər balalarını qətlə yetirdi, şəhid etdi, onları tikə-tikə etdilər. Bu olayları insanlara aşılayaraq hakimiyyətə Əhli-Beytin vasitəsi gəldilər. Onlar da təqribən hicrətin 132-ci ilindən 640-cı ilinə qədər hakimiyyətdə oldular.
Abbasilərin siyasəti Bəni-Üməyyədən çox fərqli idi. Onlar bəzən imamlarımızı qapalı şəkildə saxlayırdılar, bəzən də öz yanlarında. Necə ki, Məmun İmam Rzanı (ə) gətirib öz yanında otuzdurdu. Məmuna dedilər sənin ata-babaların onları öz yanında otuzdurmayıb sən niyə belə edirsən? Cavabında dedi ki, "mənim ata-babalarım ağılsız olublar. Çünki onlar imamları hansısa qapalı bir yerdə saxladılar, amma insanlar getdilər onlardan həm şəri məsələlərini, həm də Kərbəla hadisəsini olduğu kimi öyrəndilər. Amma mən İmam Rzanı öz yanıma gətirdim ki, kim İmam Rzanın görşünə gəlsə gərək məndən icazə ala. Mən də həmin insanları tanıdığım halda icazə verməyəcəm ki, öz şəri vəzifələrini və Kərbəla hadisəsini öyrənməsinlər".
Bunlar da bu yollarla, istəyirdilər ki, Kərbəla tarixini təhrif etsinlər. Və bəzən də tarixə yalanlar qoşmaqla təhrif etmək istədilər.
Biz məclislərdə görürük ki, həzrət Əli Əkbərin anası Leyla xanımın Kərbəlada olduğunu qeyd edirlər, Qasimin toysuz otağını qeyd edirlər və yaxud da şirin Kərbəlada olan hadisəsini qeyd edirlər. Əslində isə bunlar tarixdə olmayan hadisələrdir. Amma bu gün məclislərimizdə bu hadisələr qeyd olunur. Hətta biz bunu Qasimin hadisəsini inkar etsək belə bizdən qəbul etmirlər. Belə yalan hadisələri Kərbəla tarixinə salmaqla istədilər ki, İmam Hüseynin Kərbəlada olan müsibətini təhrifə uğratsınlar. Bunlara səbəb də, tarixdə Bəni-Üməyyənin sözlə və Abbasilərin mənəvi cəhətdən Kərbəlanı təhrifə uğratmasıdır. Amma Əhli-Beyt öz səyləri ilə qoymadılar ki, Kərbəla hadisəsi təhrifə uğrasın. İmam Səccad (ə) "Səccadiyə" duasında hadisələri qeyd edir. İmam Səccadın hər süfrə açılanda göz yaşı tökməyi insanlara Kərbəlanı xatırladırdı. Onlar bəzən süfrə başında Kərbəlanı insanlara çatdırırdıar, bəzən də İmam Baqirin və İmam Sadiqin dövründə olduğu kimi tələbələrin vasitəsi ilə Kərbəla hadisəsini insanlara çatdırırdılar.
İmam Medhinin (ə) gözəl bir sözü var. Buyurur: "Hər kəs cəddim Hüseynə göz yaşı tökə və mənim zühurumun tezləşmsi üçün dua etsə mən də o insanlar üçün dua edərəm". İmam Zaman qeybətdə olsa da İmam Hüseynin Kərbəlasını diqqət mərkəzində saxlayır. Kərbəla hadisəsi bizə olduğu kimi çatmasaydı, bu gün biz İmam Hüseynin hədəfini dərk edə bilməzdik.
İlham Məhərrəmov