21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin məzlumluğunu tam anlayan mümkün deyil göz yaşını saxlasın
29.05.2018

Burada İmam Hüseynin xüsusi bir cazibəsi var. İmam Hüseyn (ə) bizdən asılı olmayaraq bizi cəzb edir. Sizlər, bizlər ağlayanda ki, göz yaşları axır yanağımıza nə düşünürük o anda? Görəsən Allahın bizə savab verməsini düşünürük, yoxsa İmam Hüseynin məzlumluğunu?

Bəli, biz İmam Hüseynin məzlumluğunu düşünürük ki, gözümüzdən yaş gəlir. Yalnız İmam Hüseyn üçün ağlayırıq. Bu İmam Hüseynin əzəmətidir. Burada bir ixlas var. Məhz bu ixlasdır ki, insanı Allaha qovuşdurur. Məhz bu ixlasdır ki, insana Hüseyn kimi yaşamağa şərait yaradır, vadar edir. Hüseynin məzlumluğuna xatir gərək insan ağlasın. Hüseynin qəribliyinə xatir insan ağlasın. İmam Hüseynin o əzabına, o müsibətinə xatir insan ağlasın. Və doğrudan da elə həqiqətən İmam Hüseynin məzlumluğunu tanısan istər-istəməz gözündən yaş axır. Mümkün deyil insan özünü saxlasın. Ən azından halın dəyişir və qəmgin olursan, kədərlənirsən.

Hədis var ki, buyurur: "Elə bir insan yoxdur İmam Hüseynin məzlumluğunu yadına salsın, amma kədərlənməsin". Hamı İmam Hüseynin məzlumluğuna ağlayır. Bütün bəşər bundan danışır. İmam Hüseyn (ə) bütün bəşəri özünə cəzb edib. Allahın övliyasına yas tutmaq, göz yaşı axıtmaq səni Allaha qovuşdurar. Səni Allaha bağlayar. Ona görə deyiblər ki, yalnız bu məclislər insanın günahlarını bağışlatdırır. Çünki, sən Allaha bağlanırsan. Allahın övliyalarına görə, Allahın vəlisinə görə, İmam Hüseynə (ə) görə, sən yas tutursan. Allahın yasında şəriksən. Peyğəmbərin yasında şəriksən. Bu böyük bir şeydir. Və budur insanı təmizləyən.

Samir Ağayev